Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Təhsilimizin birinciləri- Naxçıvan məktəbləri…

Təhsilimizin birinciləri- Naxçıvan məktəbləri…

Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərinin IX sinif şagirdlərinin buraxılış imtahanının nəticələri Azərbaycanda ən yüksək göstəricidir.

Aşağıdakı xəritədə göstərilən yaşıl işarələr IX sinif şagirdlərinin buraxılış imtahanında kəmiyyət və keyfiyyət göstəricisinin yüksəldiyini, qırmızı işarələr isə kəmiyyət və keyfiyyət göstəricisinin azaldığını bildirir. Xəritədən göründüyü kimi, Naxçıvan Muxtar Respublikası üzrə IX sinif şagirdlərinin buraxılış imtahanında kəmiyyət və keyfiyyət göstəricisi yüksəlib.
2015-2016-cı tədris ilində IX siniflər üzrə buraxılış imtahanının nəticələrinə görə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə birbaşa tabe olan və Naxçıvan şəhərində fəaliyyət göstərən məktəblər Azərbaycan Respublikasında ən yüksək nəticə əldə edərək birinci yerə çıxıb. Qazanılan bu və ya bu kimi digər gözəçarpan uğurların təməlində duran amil isə, sözsüz ki, muxtar respublikamızda təhsilə, təhsil işçilərinə göstərilən yüksək qayğıdır. Son 20 ildə muxtar respublikamızda 200-dən artıq təhsil müəssisəsi tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Bütün təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, məktəblər ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub. Bu da muxtar respublikada təhsil sahəsində nailiyyətlərin ilbəil artmasına stimul olub. Bunu cari ilin nəticələri də göstərir.
İyunun 11-də Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərinin IX və XI siniflərini bitirən məzunların buraxılış imtahanları keçirilib. İmtahanların nəticələri göstərir ki, muxtar respublikada təhsil sahəsində keyfiyyət və kəmiyyət yüksələn xətt üzrə inkişaf edir. IX siniflərin buraxılış imtahanında Naxçıvan şəhər ümumtəhsil məktəblərindən 914, Şərur rayonundan 748, Babək rayonundan 632, Ordubad rayonundan 437, Culfa rayonundan 401, Şahbuz rayonundan 157, Kəngərli rayonundan 222, Sədərək rayonundan 99 nəfər olmaqla, ümumilikdə, 3610 nəfərin iştirakı təmin edilib. Əvvəlki illə müqayisədə buraxılış imtahanının keyfiyyət göstəriciləri ilk baxışda diqqəti cəlb edir. Belə ki, Naxçıvan şəhəri və Təhsil Nazirliyinə birbaşa tabe olan məktəblər üzrə ötən il keyfiyyət göstəricisi 80,32 faiz olubsa, cari ildə bu rəqəm 84,55 faiz təşkil edib. Muxtar respublikanın rayonlarında da keyfiyyət göstəriciləri yüksələn xətlə müşahidə olunur. Belə ki, Şərur rayonu üzrə ötən il 74,60 faiz, cari ildə 76,47 faiz, Babək rayonu üzrə ötən il 62,03 faiz, cari ildə 70,61 faiz, Ordubad rayonu üzrə ötən il 64,93 faiz, cari ildə 67,96 faiz, Culfa rayonu üzrə ötən il 62,35 faiz, cari ildə 71,01 faiz, Şahbuz rayonu üzrə ötən il 69,66 faiz, bu il 78,34 faiz, Kəngərli rayonu üzrə ötən il 60,47 faiz, cari ildə 72,07 faiz, Sədərək rayonu üzrə ötən il 65,46 faiz, cari ildə 68,69 faiz keyfiyyət göstəricisi qeydə alınıb.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın