Cümə , Oktyabr 22 2021
Ana səhifə / Cəmiyyət / Təhsil Nazirliyinin fəaliyyətindən dəhşətə gəlməmək olmur

Təhsil Nazirliyinin fəaliyyətindən dəhşətə gəlməmək olmur

Təhsil Nazirliyi keçən il 100 milyon manata yaxın vəsait xərcləyərək nə az, nə çox 7 milyon dərslik və dərs vəsaiti çap etmişdi. Bu il 1-ci və 2-ci sinif dərsliklərini yeni variantda çap ediblər. Gələn ildən isə 3 və 4-cü siniflərin də dərslikləri yenidən çap ediləcək, növbəti illərdə isə o biri siniflərin dərslikləri.

Dərslik çapından mənimsənilən milyonların şirinliyi canlarına necə hopubsa, gözlərini qan elə örtüb ki, israrla nazir səviyyəsində belə dərsliyə klassik yanaşmaya hücum edilir, o gözdən salınır. Bunlar var gücləri ilə öz korrupsiya maraqları naminə açıq aşkar dərsliyin mahiyyətinin dəyişdirilməsinə qarşı aktiv təbliğat aparırlar. Onu aşılayırlar ki, dərslik bir neçə il istifadə olunaraq, əsas kapital rolunu oynaya bilməz, onu tez-tez dəyişmək lazımdır. Bu il çap etdikləri dərsliklər də “odnaraznıy” dərsliklərdir, yəni şagird bir dəfə istifadə edəndən sonra atacaq, hər il yeniləri çap olunacaq, İlahi! Belə müsibət olarmı? Əlbəttə olar, görmürsüz olur…

Təhsil İnstitutunun direktoru da bayaq tv-də çıxış edib “odnaraznıy” “dərsliyi” xeyli təriflədi. Tfu deyib hirsləndim, kaş onunla televiziyada debat imkanım olardı, dediyinə peşiman edərdim onu.

Nazir özü də bu yaxınlarda tv-də məktəblərdə tədris zamanı dərsliklərin elə ciddi rol oynamadığından danışdı, hətta belə bir ifadə işlətdi ki, biz artıq dərslik sözündən belə imtina edirik, vəsait sözünü işlədirik… ey hey. Heç nə eləmək olmur. Çox aciz durumdayıq. Tənqid yazmaqdan da adam iyrənir.

Orta məktəbdə oxuduğumuz dövrdə Poqorelovun həndəsə kitabından istifadə edirdik. O dərslik bəlkə 15-20 il dərslik kimi istifadə olunub. Pis olub bəyəm? Əsas kapital kimi ailədə olubsa, bir neçə uşaq ondan istifadə edib elm öyrənib. İndiki dövrdə də elə olmalıdır iddiasını eləmək olmasa da, amma daha dərsliyi “odnaraznıy” səviyyəsinə də endirməzlər ki.

Əslində nazir açıq şəkildə bəyan edir ki, biz dərsliklərə əlvida deyib, vəsait çapı ilə məşğul olmağa başlayırıq. Bunun sayəsində bir neçə ilə orta təhsil fontan vuracaq. ƏLVİDA DƏRSLİK…

Firdovsi Şahbazov, İqtisad üzrə fəlsəfə doktoru

Həmçinin oxuyun

Vətən müharibəsi şəhidlərinin yeni siyahısı açıqlandı

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb. Nazirlikdən bildirilib ki, Azərbaycan …