Bazar ertəsi , Dekabr 10 2018
Ana səhifə / Cəmiyyət / Təhsil naziri: “Yüz məktəbə yeni sistem üzrə hazırlanan dərsliklər təqdim olunub”

Təhsil naziri: “Yüz məktəbə yeni sistem üzrə hazırlanan dərsliklər təqdim olunub”

“Bu gündən etibarən Azərbaycanın 100 məktəbində ibtidai siniflər üçün yeni sistem üzrə hazırlanan Azərbaycan dili və riyaziyyat dərsliklərinin pilot layihəsinin icrasına başlanılacaq”.
Bunu təhsil naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, yeni sistem dərsliklərin fərqli formatda hazırlanmasına, vaxt baxımından daha rahat şəkildə nəzərdən keçirilməsinə, eləcə də rəylərin yığılmasına və təkmilləşdirilməsinə şərait yaradacaq: “Pilot layihə şəklində təqdim edilən dərsliklər növbəti aylarda həm ictimaiyyətə təqdim olunacaq, həm də daha geniş spektrda mütəxəssislərin müzakirəsi təşkil ediləcək”.
C.Bayramov əlavə edib ki, növbəti illərdə bu sistem vasitəsilə bir sıra dərsliklərin təkmilləşdirilməsi və dəyişdirilməsi prosesi mümkün olacaq.
VIPedu.BIZ

Həmçinin oxuyun

“Azərbaycan kimi İsveçdə də rəssamlıqla pul qazanmaq çox çətindir”

İsveçin tanınmış gənc rəssamı, 22 yaşlı Simon Arnzın Bakıda sərgisi nümayiş olunub. Simon Arnz və …