Bazar , Sentyabr 27 2020
Ana səhifə / Cəmiyyət / Təhsil naziri avtobus sürən direktora töhmət verdi

Təhsil naziri avtobus sürən direktora töhmət verdi

Təhsil naziri Emin Əmrullayev məktəb direktoruna töhmət verib.


Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Təhsil Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki,  “Müəllimlərin etik davranış Qaydaları”nı pozduğuna görə, Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevə Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.


Qeyd edək ki, sözügedən şəxsin avtobus sürücüsü işləməsilə bağlı sosial şəbəkələrdə məlumat yayılmışdı.

Həmçinin oxuyun

Müdafiə Nazirliyində yeni təyinat (FOTO)

Azərbaycan Ordusu ilə kütləvi informasiya vasitələri (KİV) arasında işin çevik və daha səmərəli təşkil edilməsi …