Bazar , Yanvar 23 2022
Ana səhifə / Cəmiyyət / Təhsilə əhali kömək etməlidirmi? – ŞƏRH

Təhsilə əhali kömək etməlidirmi? – ŞƏRH

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası icraiyyə komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov Təhsil naziri Emin Əmrullayevin məktəblərlə bağlı bugünkü çıxışı barədə fikirlərini bildirib.

Həmin fikirləri təqdim edirik:
“Mən cəmi bir dəfə ABŞ-da olmuşam. Bir aya yaxın. Dövlət Departamentinin ən pristijli mübadilə proqrmında (İVP). Xeyli ştatlara aparmışdılar. Bəzi məktəblərdə də olduq. Məktəblərin bəzisi pis gündə idi. Amma içərilərində yaxşı olanları da vardı. Fərqi soruşanda izah etdilər ki, filan qaraflığın əhalisi təşəbbüs göstərib və yerli referendum keçirərək vergi müəyyən ediblər məktəbin saxlanması üçün. Bəzi məktəblərdə himayəçilik şuralar var idi ki, imkanlı valideynlər ora pul köçürürdü ki, məktəbin ehtiyaclarını ödəsin.Bizdə sovetlər vaxtı qeyri-rəsmi bir mexanizm vardı. Varlı insanlara uşaqlarının oxuduqları məktəbin sinif otaqlarını təmir etdirmək. Şəxsən mən Yasamalda işləyəndə bu metoddan istifadə etmişəm. O vaxt təhsilə əsas cavabdeh qurum icra hakimiyyəti idi. Şəraiti yaxşı olmayan məktəblərə zavodları və fabrikləri təhkim edirdim. Onlar da müəssisənin hesabına təmir işləri aparırdı. Və ya yeni yaranan kommersantları cəlb edirdik. Bir sözlə təhsilə dəstək həm də cəmiyyətin işi olmalıdır. Amma maksimum şəffaf və açıq. Məktəb adminstarsiyasına maliyyə və texniki dəstəyə müdaxilə imkanı verilmədən”.

Həmçinin oxuyun

Azərbaycanda keçmiş məmurun ailəsində FACİƏ – FOTO

9 gün əvvəl İsmayıllı rayonunda baş vermiş yanğın zamanı xəsarət alan şəxs dünyasını dəyişib.  Modern.az …