Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Təcili: “Azərcell”in keçmiş prezidenti-baş nazir istefa verdi

Təcili: “Azərcell”in keçmiş prezidenti-baş nazir istefa verdi

Moldovanın baş naziri, “Azərcell”in keçmiş prezidenti Kiril Qaburiç istefa verdiyini elan edib.

Virtualaz.org saytı Moldova KİV-lərinə istinadən xəbər verir ki, Qaburiç bu barədə az əvvəl Kişnyovda keçirdiyi mətbuat konfransında elan edib.

“Mənim jestim geri çəkilmək deyil, irəliyə addımdır. Ümid edirəm ki, bu addım parlamentdə yeni hakim çoxluq formalaşdırmağa imkan verəcək”-baş nazir bildirib.

Kiril Qaburiç bu ilin fevralında Moldovanın hakim koalisiyanın adından Liberal-demokrat partiyasının təklifi ilə texnokrat olaraq hökumətə başçılıq etməyə başlayıb. 38 yaşlı Qaburiç hökumətə başçılıq etməyə başlayandan çox keçməmiş mətbuat araşdırıb ki, onun təhsil haqda sənədlərində uyğunsuzluq var.

Belə ki, Qaburiç ancaq natamam orta təhsil haqda sənədə malikdir, buna baxmayaraq universitet təhsili alıb. Hansı ki, orta məktəbi bitirmək haqda attestat almadan universitetə daxil olmaq mümkün deyil.

Qaburiçin təhsil haqda sənədlərinin saxta olması üzə çıxandan sonra Moldovada siyasi qalmaqal yaranıb, polis və prokurorluq, xüsusi parlament komissiyası bu faktı araşdırmağa başlayıb.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın