Ana səhifə / Cəmiyyət / Təbrizdə Bakı əleyhinə aksiya oldu

Təbrizdə Bakı əleyhinə aksiya oldu

Bu gün Təbrizdə Azərbaycan konsulluğunun qarşısında İran rejiminin tərəfdarları etiraz aksiyası keçiriblər.

Musavat.com İran mətbuatına istinadən bildirir ki, etirazçılar Nardaranda olan hadisələrə, həmçinin “Azərbaycanda İslam şəriətinin icra olunmamasına” etiraz ediblər. Onlar Azərbaycanda dünyəvi qanunların ləğvini istəyiblər.

Yayılan məlumatlarda bildirilir ki, aksiyada 100-ə yaxın etirazçı iştirak edib. Buna baxmayaraq İran dövlət televiziyasında və hökumətə bağlı saytlarda, həmçinin rejimə qarşı olan, amma rasist və paniranistlərin sayt və xəbər agentliklərində geniş yer alıb.

Güney Azərbaycandan olan milli fəallar və milliyyətçi saytlar isə bunu İran rejiminin Azərbaycan dövlətinin daxili qarşı işlərinə qarışması və məkrli niyyət kimi dəyərləndiriblər.

Virtualaz.org saytı xatırladır ki, bu, İran tərəfinin Azərbaycan dövlətinin Naradaranda islamçı ekstremistlərə qarşı həyata keçirdiyi əməliyyat fonunda Azərbaycanın daxili işlərinə qarışmasına dair ilk belə fakt deyil. Bundan əvvəl İran parlamentinin üzvü Mənsur Həqiqətpur Azərbaycanı “Nardaranda dindarları sıxışdırmaqda və repressiyalara məruz qoymaqda” ittiham etmişdi. O, Nardaran sakinlərini Azərbaycan dövlətinə qarşı açıq çıxışlara çağırmışdı.

Ardınca Cənubi Azərbaycanın (İran) Ərdəbil şəhərinin küçələrinin birində Nardaranda polisə silahlı müqavimət göstərərkən öldürülmüş ekstremistləri “əzabkeş şəhidlər” elan edən banner asılmışdı.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın