Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Cəmiyyət / TƏBİB uzunmüddətli sərt karantin rejimi haqda danışırsa… – Ekspert

TƏBİB uzunmüddətli sərt karantin rejimi haqda danışırsa… – Ekspert

“Artıq karantin rejiminin uzanması aqrar sektora öz zərbələrini vurmağa başlayır”.

Bunu iqtisadçı ekspert Rövşən Ağayev deyib. Onun sözlərinə görə, aprel-may aylarını əhatə edən məhdudiyyətlər əsasən turizm, ictimai-iaşə, topdansatış və qeyri-ərzaq ticarətinə ağır zərbə vurub:

“Nəzərə alınmalıdır ki, aqrar sektor daha böyük sayda əhali kütləsi üçün dolanışıq və həyatda qalma mənbəyidir. Əgər hökumət sərtləşdirməyə gedirsə, bu sektorun itkilərinin azaldılması və dəstək mexanizmləri barədə düşünməlidir. Məsələn, indiki təcrübədə 2 günlük sərt rejim tətbiq olunursa, bu o deməkdir ki, fermerlər ən azından 3 gün böyük bazarlara məhsul göndərə bilmirlər. Kənd təsərrüfatı məhsullarının əsas istehlakçısı isə giriş-çıxışı tam bağlanan iri şəhərlərdir. Xüsusilə də meyvə-tərəvəz məhsullarının gündəlik yığılıb bazara çıxarılmasında itkilər baş verir”. 
Rövşən Ağayev qeyd edib ki, əgər TƏBİB uzunmüddətli sərt karantin rejimi haqda danışırsa, iqtisadi strukturlar da uzunmüddətli iqtisadi dəstək mexanizmləri, potensial risk sektorları ilə bağlı özlərinin yeni planlarını ortaya qoymalıdırlar. Qaynarinfo

Həmçinin oxuyun

Torpaqlarımızın 7-8%-i tam azad olunub

“İndiyə kimi işğal altında olan torpaqlarımızın təxminən 7-8%-i tam azad olunub”. Bu barədə Modern.az-a iqtisadçı Natiq …