Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Cəmiyyət / TƏBİB sədrinin himayə etdiyi şöbə müdirindən təhqiramiz sözlər – FOTOFAKT

TƏBİB sədrinin himayə etdiyi şöbə müdirindən təhqiramiz sözlər – FOTOFAKT

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) keçmiş mətbuat katibi Rəvanə Əliyeva medianı təhqir edib.

Bu barədə o, “Facebook”dakı hesabında yazıb.

Hazırda TƏBİB-də şöbə müdiri vəzifəsində çalışan R.Əliyeva ARB Telekanalında efirə gedən verilişdə jurnalist Sevda Nəsirovanın onun təmsil olunduğu qurumun ünvanına səsləndirdiyi tənqidi fikirlərə, media ilə işini düzgün qurmamasına görə iradlara rəsmi qurumun nümayəndəsinə yaraşmayacaq şəkildə, qeyri-etik formada cavab verib:

“Biriniz o efirdə qışqırışan “aparıcı”lara xəbər edin ki, vallah da, billah da vəzifəm 4 aydır dəyişib. Özü də onlar kimi işini bilməyən, özündən başqa heç kimi eşitməyən media işçiləri üzündən mətbuatla işləməkdən imtina etmişəm”.

Jurnalist S.Nəsirova da TƏBİB rəsmisinin bu yanaşmasına sosial şəbəkə üzərindən cavab verib: 

“Rəvanə xanım, vəzifəni dəyişdiyinizi qeyd etmişəm. Yerinizə yeni işçi götürdüyünüzü, onun da başqa bir işçi götürdüyünü də. Və faktiki olaraq onların fəaliyyətinə sizin nəzarət etdiyinizi də hamı bilir. Yəqin xəbəriniz var ki, hələ TƏBİB-in əməkdaşınız. Qışqırdıq ki, bu qədər milləti eşitmirsiniz, heç olmasa bizi eşidin. Şükür sağsınız”.

Qeyd edək ki, TƏBİB-də şöbə müdiri vəzifəsi daşıyan R.Əliyeva bu qurumun mətbuat katibi olduğu dövrdə media ilə işi düzgün qurmağı bacarmayıb, vəzifəsinin öhdəsindən gələ bilməyib. Normalda belə qabiliyyətsiz işçini saxlamaz, onunla yolları ayırarlar. Lakin TƏBİB-in sədri Ramin Bayramlı ilə yaxın dost olan R.Əliyeva güclü himayə sayəsində bacarıqsızlığına görə daha yüksək vəzifəyə təyinat alıb, “mükafatlandırılıb”. 

Digər maraqlı məqam budur ki, media ilə əlaqələrə məsul olmadığını bildirən R.Əliyeva İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi saytında hələ də TƏBİB-in mətbuat katibi kimi təqdim olunur.

TƏBİB sədrinin himayə etdiyi şöbə müdirindən təhqiramiz sözlər -  FOTOFAKT
TƏBİB sədrinin himayə etdiyi şöbə müdirindən təhqiramiz sözlər -  FOTOFAKT
TƏBİB sədrinin himayə etdiyi şöbə müdirindən təhqiramiz sözlər -  FOTOFAKT

Yenisabah.az

Həmçinin oxuyun

Məktəblər ikinci yarımilin əvvəlində açılacaqmı? – AÇIQLAMA

Bu gün təhsil prosesində təmsil olunan hər kəsi məktəblərdə və universitetlərdə ənənəvi təhsil formasının sərt …