Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Cəmiyyət / Suyu bağlasınlar, balamızı çıxarıb, dəfn edək

Suyu bağlasınlar, balamızı çıxarıb, dəfn edək

Samur-Abşeron kanalında Siyəzən rayonu, Zarat kənd sakini 19 yaşlı İmamyar Ələkbərovun batmasından dörd gün ötür.

Axtarış tədbirləri hələ də nəticə verməyib.

19 yaşlı İmamyar Ələkbərovun ailəsi övladlarının nəşinin tapılmasını gözləyirlər. 

Ailə üzvləri bildirir ki, İmamyarın tapılması üçün kanalda suyun azaldılmasına ehtiyac var.

“Suyu bağlasınlar, balamızı çıxarıb, dəfn edək”, – deyə İ.Ələkbərovun ailəsi aidiyyəti qurumlara səslənib.

Dörd gündür Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışları davam etdirir. 

Qeyd edək ki, İmamyar ailənin tək övladıdır.

Həmçinin oxuyun

Bərdə terrorunda yaralananlar hadisənin dəhşətlərindən danışdılar – VİDEO

Oktyabrın 28-i saat 13 radələrində Ermənistan silahlı qüvvələrinin atdığı “Smerç” tipli reaktiv raket zərbəsi nəticəsində …