Cümə axşamı , İyul 18 2019
Ana səhifə / Cəmiyyət / Şuşaya hücumda qərargah rəisi olmuş erməni general gəbərdi…-FOTO

Şuşaya hücumda qərargah rəisi olmuş erməni general gəbərdi…-FOTO

1992-ci ilin mayın 8-də Şuşanın işğalı zamanı erməni hücum qüvvələrinin qərargah rəisi olmuş general Feliks Qzoqyan gəbərib.
Moderator.az xəbər verir ki, bu haqda erməni saytları məlumat yayıb. F.Qzoqyan 1988-ci ildə sovet ordusundan podpolkovnik rütbəsində tərxis olunduqdan sonra Ermənistanda yaradılmış “Yerkrap” terrorçu dəstəsində qərargah rəisi kimi Azərbaycanla sərhədə yollanıb. O, 1989-1990-cı illərdə indiki Göygöl rayonunun Erkəc, Buzluq, Manaşid kəndlərinin erməni yaraqlılarının nəzarətinə keçməsində mühüm rol oynayıb. 1992-ci ilin fevralından isə qondarma separatçı rejimin “özünümüdafiə ordusu”nun qərargah rəisi təyin  olunub və mayda Şuşaya hücum  əməliyyatına qatılıb. 1992-ci ilin oktyabrından 1993-cü ilin martınadək erməni hərbi birləşmələrinin Qafandan Laçınadək ərazini əhatə edən cənub-şərq cəbhəsinin komandiri olub.
Allah cəhənnəmlik eləsin!

Həmçinin oxuyun

Qəhrəman təyyarəçi Hüseynbala Əliyevin anım günüdür

Böyük Vətən Müharibəsində (BVM) şücaət göstərmiş azərbaycanlı döyüşçü-təyyarəçi Hüseynbala Əliyevin anım günüdür. Hüseynbala  Balaəli oğlu …