Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Cəmiyyət / Şuşada məscidi o tikməyib – Səfirlik

Şuşada məscidi o tikməyib – Səfirlik

Qazaxıstanlı iş adamı Kayrat Boranbayev Şuşa şəhərində məscid tikintisini maliyyələşdirməyib.

Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, K.Boranbayev heç vaxt Dağlıq Qarabağa səfər etməyib və orada hər hansı layihənin maliyyələşdirilməsini planlaşdırmayıb və həyata keçirməyib.

Xatırladaq ki, bir müddət əvvəl Qazaxıstan mətbuatında yerli sahibkar, “Forbes” jurnalının versiyasına əsasən ölkənin 50 ən varlı şəxsi sırasında yer alan Kayrat Boranbayevin hazırda Ermənistanın işğalı altında Azərbaycanın Şuşa şəhərində Yuxarı məscidin bərpasını maliyyələşdirmək niyyətində olduğunu yazmışdı (Trend).

Həmçinin oxuyun

Bakıda yaşayan erməni qadın: “Öz uşaqlarını vəhşiliklə böyüdürlər” – Video

57 ildir ki, Bakıda yaşayır. Burda məktəbə gedib, təhsil alıb, hətta Bakıdakı dövlət müəssisələrindən birində …