Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Sürücüsünə 5 milyonluq ev, katibəsinə 350 minlik maşın alan kimdir?

Sürücüsünə 5 milyonluq ev, katibəsinə 350 minlik maşın alan kimdir?

“Bakı Lift-Təmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun sürücüsünün adına 5 milyon dollarlıq ev aldığı bildirilir.

AZINFORUM.AZ pia.az-a istinadla xəbər verir ki, yoxlama zamanı heyrətamiz məlumatlar ortaya çıxıb.
Məlum olub ki, baş direktorun özünün yox, sürücüsünün “adına” nə az-nə çox, düz 5 milyon manatlıq əmlak var. Özü də Bakının mərkəzindəki “Alov qüllələri” kompleksində.
İzahat üçün dərhal deyək ki, həm “Alov qüllələri” kompleksində, həm də “Hilton” hotelində şəxsi mənzil üslubunda da yaşayış sahələri var və onlar yüksək qiymətlərə satılır.
Bundan başqa Azerinfo.org-a daxil olan məlumatda deyilir ki, Qüdrət Şükürov öz katibəsinin adına bahalı avtomobil alıb. Maraqlıdır ki, avtomobil nəğd pula alınıb.
“Ferrari” markalı avtomobilin 350 min dollar qiyməti var. Doğrudur, həmin superkarın Qüdrət Şükürovun ailə üzvlərindən birinin ad günündə hədiyyə alındığı, diqqət çəkməmək üçün katibənin adına sənədləşdirildiyi də bildirilir. Lakin 350 min dolları nəğd şəkildə ödəmək də hər məmurun işi deyil.
Bu hal yeganə fakt deyil. Əksər məmurlar bu və ya digər mülkü alarkən adətən onu başqasının adına rəsmiləşdirirlər.
“Hüquqi Dövlət” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov Yenicag.az-a açıqlamasında bu prosesin çətin olduğunu və ancaq məhkəmə qaydası ilə sübut olunduqda mümkünlüyünü qeyd edib.
Məmurun cinayəti təsdiqləndiyi halda onun başqasının adına rəsmiləşdirdiyi mülkünün müsadirə olunması olduqca çətindir. Bunun üçün ən azından proses məhkəmə qaydasında sübut olmalıdır.
Məhkəmə ilə müəyyən edilsə ki, həmin ev əslində adına rəsmiləşdirilən şəxsə deyil, həmin məmura məxsusdur, onda məsələni həll etmək olar. “Bakılift-təmir”in rəsmən 8 milyon manat vergi borcu var. Qüdrət Şükürovun da mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın