Şənbə , Avqust 13 2022
Ana səhifə / Cəmiyyət / Sürücülük vəsiqəsi ilə bağlı vacib qərar: 1 ay ərzində… – VİDEO

Sürücülük vəsiqəsi ilə bağlı vacib qərar: 1 ay ərzində… – VİDEO

Sürücülük vəsiqəsi xarici ölkəyə məxsus olan azərbaycan vətəndaşları, eləcə də müvəqqəti və ya daimi yaşayan əcnəbilər bir aydan sonra mütləq qaydada sürücülük vəsiqələrini milli vəsiqəyə dəyişdirməlidirlər. Əks halda onlar cərimə olunacaqlar. Bu qayda turist kimi gələnlərə də şamil edilirmi?

Xarici ölkəyə məxsus sürücülük vəsiqəsi ilə Azərbaycanda avtomobil idarə edənlər onu milli vəsiqəyə dəyişməsələr cərimə olunacaqlar.

Yol hərəkəti haqqında qanuna görə yalnız Azərbaycan vətəndaşları başqa ölkədə aldıqları vəsiqə ilə ölkəmizdə bir ay avtomobil idarə edə bilərlər. Bu müddətdən sonra milli sürücülük vəsiqəsi alınmalıdır. Əcnəbilər isə Azərbaycanda daimi və ya müvəqqəti qeydiyyata düşdüyü gündən bir ay müddətində xarici sürücülük vəsiqəsi ilə avtomobil idarə edə bilərlər. Verilən müddətdən sonra milli vəsiqə almayan sürücülər qayda pozarkən aşkar olunduqda yol polisi onlara heç bir cərimə tətbiq edə bilmirdi. Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, Konstutusiya Məhkəməsinin yeni qərarı ilə belə sürücülərin də məsuliyyətə cəlb edilməsi mümkün olacaq.

Ekspert qeyd edib ki, bu təccrübə dünyanın bir çox ölkəsində mövcuddur. Hətta avropanın bir sıra ölkələrində vəsiqəni dəyişmək üçün heç bir ay vaxt da verilmir. Belə ki, həmin ölkəya daxil olan əcnəbi yaşamaq hüququ alan kimi ondan sürücülük vəsiqəsini dəyişməsi tələb edilir. Bəs Azərbaycanda milli vəsiqə almaq üçün hansı sənədlər tələb edilir?

Qeyd edək ki, qanunda nəzərdə tutulmuş hallarda sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yenisi ilə birlikdə həmin şəxsə qaytarılır.

Həmçinin oxuyun

“Qızları xaricə göndərməyə ehtiyac yoxdur“

“İndiki dövrdə nəinki qız uşaqlarını, oğlan uşaqlarını da xarici ölkələrə tək buraxmaq risklidir”. BunuSağlam Cəmiyyət Hərəkatının …