Cümə axşamı , Mart 21 2019
Ana səhifə / Cəmiyyət / Sürət qatarı yolda qaldı – Cavid Qurbanovun “sürət”i Kürdəmirdə qurtardı?

Sürət qatarı yolda qaldı – Cavid Qurbanovun “sürət”i Kürdəmirdə qurtardı?

Bakı-Gəncə sürət qatarı yolda dayanıb.

Hadisə qatar Bakı istiqamətində hərəkət edərkən Kürdəmir rayonu ərazisində səhər saatlarında baş verib. 20 dəqiqə dayanan qatar sonradan hərəkətini davam etdirib.

Bu barədə məlumat verən və hazırda qatarda olan sərnişinlər deyiblər ki, vaqonlarda isitmə sistemi normal işləmir:

“Qatar yolda qaldı. 20 dəqiqə yolda qaldıqdan sonra enerji gəldi qatar hərəkətə başladı. Vaqonların içərisi buz kimi oldu. Hamı kurtkada, papaqda oturub. Bu azmış kimi kondisioner sistemini tənzimləyə bilmirlər, yuxarıdan buz kimi hava üfürür. Bir neçə dəfə sərnişin olaraq irad bildirdik, amma ciddiyə almadılar. Ən sonda qatarın maşinisti gəldi və kobud səslə dedi ki, “Kimin xoşu gəlmir yerini dəyişsin”.

Kobud danışa-danışa getdi yerinə. Bələdçi xanımlardan ad və soyadını soruşsaq da cavab verməkdən imtina elədilər./Minval.info/

Həmçinin oxuyun

Onların bayram günündə gözləri qapıda qaldı – VİDEO

Birinin nəvəsi, digərinin isətələbələri gələrək onları yad edib. Lakin doğmaları tərəfindən hələdə bayram günündə yad …