Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Cəmiyyət / Suqovuşanda yazılan gerçək sevgi dastanı: Mehdi və Mələyin qovuşması – VİDEO

Suqovuşanda yazılan gerçək sevgi dastanı: Mehdi və Mələyin qovuşması – VİDEO

Tərtərin Sarıcalı kəndindəyik. Bu kənd vətənini işğalçılıq məqsədilə torpaqlarmıza soxulan ermənilərin qarşısına mərdanə çıxan Mehdi Elçin oğlu Məmmədovun kəndidir. Əsrlər boyu dahilərimizin əsərlərində yaratdığı fantastik məhəbbəti Mehdi ilə nişanlısı Mələk Səfərova reallığa çeviriblər. Qəhrəmanımız həyatın mənasını vətənə qurban getməkdə gördü – nişanlısı da onsuz həyatda qalmadı. Vətənə olan məhəbbəti Mehdini min-bir əziyyətlə boya-başa çatdırmış anasından xəbərsiz könüllü olaraq vətənə xidmətə səsləmişdi.

Anası Laləzər Məmmədova elə bunu deyir: “Mehdi məni yox, vətəni seçdi”.

Mehdi Məmmədov Suqovuşan uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə qalxıb, şəhidlik şərbətini dadıb, gənc ömrünü vətənə fəda edib, təkcə öz ana-bacısının deyil, bütün millətin namusunu qoruyanlardan olub.

Mehdi nişanlı imiş, istəyəni, gözləyəni varmış. Vətən uğrunda şəhid olaraq doğma Sarıcalıya çatandan az sonra onun cəbhədən sağ-salamat dönəcəyini səbirsizliklə Mələk sevib-seçdiyi nakam sevgilisinin həsrətinə, firaqına dözməyib, ona qovuşmağın yolunu öz canına qıymaqda görüb. O son olaraq məktub yazaraq valideynlərindən bağışlanmasını rica edib. y

Mələk Səfərovanın yaxın qohumu Nizami İsmayıl deyir ki, “Biz yaşayırıq – ölmək üçün, şəhidlər ölür – yaşamaq üçün”.

Bu gün Sarıcalı məzarlığında Mehdi ilə Mələk yan-yana uyuyur. Vətən torpağı onları əbədi olaraq qoynuna alıb. Bu cavanlar sevgi istisinə isinə bilməsələr də, milyonlarla insanımızın xoşbəxt, azad yaşaması üçün şəhidlik zirvəsiə ucala biliblər.

Həmçinin oxuyun

Odessa azərbaycanlılarından Azərbaycan ordusuna dəstək!

Sentyabrın 27-dən başlayan Vətən Müharibəsi fonunda yalnız ölkə daxilindəki vətəndaşlarımızın deyil, Azərbaycandan kənardakı soydaşlarımızın da …