Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Cəmiyyət / Sümqayıtlı xanım jurnalist Zakir Fərəcovdan yazdı: “Onu durdurmağın yolları varmı?”

Sümqayıtlı xanım jurnalist Zakir Fərəcovdan yazdı: “Onu durdurmağın yolları varmı?”

Sumqayıt “krallığı”nın sərhədlərinə Laçından tutmuş Abşerona qədər daxildir. “Kral” Zakir Fərəcova biət edən Aqil Nəzərli və İradə Gülməmmədova məhz onun sayəsində icra başçısı təyin olunublar. Gülməmmədovanın sonu hamıya bəllidir.

Yəni, Fərəcovun təqdimatı əsasında siyasi rəhbərlik inandırılıb ki, onlar layiqli kadrlardır, işləyə bilərlər. Ona görə də Sumqayıt “krallığı”nın ərazilərinə Abşeron və Laçın rayonları daxildir.

15 illik icra başçısı “imperator” Zakir Fərəcovun imperiyasının əraziləri məlum olduğu qədər, biznesinin hüdudları da cəmiyyətə agahdır.

Zakir Fərəcov Sumqayıta gələndən rəsmi sərəncamlarla 50 milyondan çox vəsait ayrılıb. Halbuki bu qədər pula, yeni şəhər salmaq olardı.

Sumqayıt mənim doğma şəhərimdir,yəni mən orada doğulub , boya başa çatmışam və bu şəhərin formalaşmasında mənim atamın yetərincə xidməti olub. Amma çiyfayda Allah heç ona əmək təqaüdünü almağa macal vermədi. Atamdan sonra mən bu şəhərdən küsüb bir dəfəlik Bakıya köçdüm. 45 il dövlətə qulluq edən, şəhərin yaranmasında əziyyət çəkən bir kişinin qızı Bakıda kirayə yaşamağı üstün tutdu. Sözüm onda yox ,onsuz biz Sumqayıt uşaqları “yetim” qalmağı öyrənmişik , özüdə yurdları sapı özümüzdən olan “baltaların” əlində, özləri isə “yetim” qalan sumqayıtlılar.

Keçim sözümün məğzinə…

Qeyd edək ki, Zakir Fərəcov adı qalmaqallarda keçən icra başçılarından biridir. Onun Sumqayıtda xüsusən sahibkarlara “qan uddurduğu”na dair iddialara tez tez rast gəlinir.

Hətta yaxın zamanlarda Sumqayıt Bulvarının və şəhərin giriş hissəsinin inşaasını həyata keçirən sahibkarlarla sözügedən məntəqənənin icra başçısı Zakir Fərəcov arasında borc qalmaqalı ilə bağlı ölkə başçısına müraciət olunmuşdur. Üstəlik, sahibkarların təhdid və təqib olunması barədə mediada geniş məlumat verilsə də, rəsmi qurumlar hələ də məsələyə hüquqi qiymət verməyə tələsmirlər.

Zakir Fərəcov sahibkarlara divan tutmaqda davam edir. Fərəcov sahibkarlara qənim kəsilməklə təkcə prezidentin tapşırıqlarına və tələblərinə qarşı çıxmır, həm də eyni zamanda sahibkarlara zülm və sitəm etməklə böyük pullar da qazanır. 

 Sahibkarları “soğan qabığı kimi soymasına” “dur”, deyən hələki yoxdur.

Son günlər bir iş adamı ilə Fərəcovun borc qalmaqalı gündəmi zəbt edib. Mən bu sahibkarı tanımıram apardığım araşdırmadan belə gördüm ki, bu kişinin başçı baxımından bəxti gətirməyib. Beləki,dövlətinə canı yanan bir iş adamının dövlətə və elinə qayğısından istifadə edən bəzi başçılar bu adamın pulunu yeyir, sonrada haqqını tələb edəndə ya həbs etdirir ya hərbəzorba gəlir yada , mediadakı dostları vasitəsilə hədəfə aldırır. Bu sahibkar o vaxt haqqını tələb etdiyinə görə, Goranboyun sabiq icra başçısı Nizaməddin müəllimdə xüsusi sifarişlə həbsə atdırmışdır, öz adını ona qoymaq istədi.Nizaməddin Quliyevin sonu hər kəsə bəlli oldu. Haqq nazilir amma üzülmür…

İndidə bu kişinin pullarını Fərəcov yeyib, o isə əvəzində adamın şərəf və ləyaqətini təhqir etdirməkıə məşğuldur. Axı kor kor , gör gördürdə… Deyək ki, Verdiyev düz danışmır , bəs 430 sahibkar şikayətlə ölkə başçısına şikayət məktubu ünvanlayıb , buna nə söz . Belə çıxır 430 sahibkar hamısı “dələduzdur”?Onda sual edirəm : Fərəcovu onlarla nə işi?

Fərəcovla bağlı ölkə rəhbərinə ünvanlanan məktubların qarşısını aparatda kim alır?

Belə neqativ, sahibkarlara qarşı qanunsuzluqlar etmiş məmurlar, icra başçıları tutduqları vəzifələrdən tezliklə çıxrılmalıdırlar: “İcra başçısı obrazı dəyişdirilməlidir. Bu tipli icra başçıları nə qədər tapşırsan da, bu adamlar xırda ticarətlə məşğul olan zehniyyətə sahib olduqlarından onlar üçün insan haqları, mülkiyyət maraqları anlayışları yaddır. Sadəcə, problemin dərinliyini, ölkənin iqtisadi durumunun yaxşılaşması üçün sahibkarların həlledici rollardan birinə malik olmalarını başa düşmürlər. Bu adamların yaranmış situasiyaya hazırlığı yoxdur. 

Onların tam təmizlənməsi vacibdir.

Belə məmurlar neqativ və tənqid yazan fədakar jurnalistə öz adlarını qoyurlar

Qeyd edək ki, təxminən 430 nəfərə yaxın sahibkar və işçinin haqqı olan həmin məbləğin icra başçısı tərəfindən qəsdən ödənilməməsi, həmin pulların mənimsənildiyindən xəbər verir. Əks təqdirdə, dövlət büdcəsindən ayrılmış vəsaitin iş görənlərə verilməməsinin başqa adı yoxdur. Bununla əlaqədar olaraq sahibkarlar və işçilər növbəti dəfə Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevaya, Prezident Admnistrasiyasının rəhbəri Samir Nuriyevə və İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət ünvanlayıblar.

Onlar bildirirlər ki, 3 ilə yaxındır haqqları olan pullarını icra başçısı Zakir Fərəcovdan ala bilmirlər.

Bəs buna nə deyirsiniz?

Ölkə rəhbəri dəfələrlə çıxışlarında sahibkarları incidən başçılara xəbərdarlıq edib, dövlət büdccəsini yeyənlərin aqibətin bəlli görnüb, həbslər, yoxlamalar…

Yəni icra başçısı öz qanunsuzluğunu prezidentin sözlərindən sahibkarın qarşısına sipər çəkməklə gizlətməyə çalışıb. Belə halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır, sahibkarlara qan udduran Fərəcovun durdurmağın yolları varmı? 

Məncə bunun yolunu ölkə rəhbəri yaxşı bilir.

P.S. Talıbov özünə “xanlıq” yaratmışdır. Naxçıvan azad oldu. Gün gələr aidiyyatı qurumlar Fərəcov “krallığını” araşdırar. Bizim işimiz informasiyanı yaymaq və təhlil etməkdir, araşdırıb qərar vermək aidiyyatı orqanların işidir…

Şəfəq Ağacan,

Bakupress.az

Həmçinin oxuyun

Hikmət Rəhimovun “6 milyonu basıb yedilər” deməsinə – Reaksiya

Xəbər verdiyimiz kimi, aktyor Hikmət Rəhimovun yanvarın 16-da İctimai TV-də yayımlanan “Dikdaban” verilişindəki çıxışı sosial …