Bazar , Fevral 25 2024
Ana səhifə / Cəmiyyət / Sumqayıtda nöqsanlar aşkarlanmış gimnaziya Regional Təhsil İdarəsinə təhvil verilib

Sumqayıtda nöqsanlar aşkarlanmış gimnaziya Regional Təhsil İdarəsinə təhvil verilib

Bir müddət əvvəl İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Milli Preventiv Qrupu (MPQ) tərəfindən Sumqayıt şəhərində yerləşən internat tipli gimnaziya, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəb və inteqrasiya təlimli internat tipli gimnaziyada monitorinqlər aparılıb. Monitorinqlərin nəticələrinə əsasən həmin internat məktəblərində bir sıra nöqsanlar aşkarlanıb.

Bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt şəhər internat tipli gimnaziyada qeyd olunan nöqsanlarla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 13 oktyabr 2023 cü il tarixdən 29 dekabr 2023-cü il tarixinədək yoxlamalar keçirilib:

“Əlavə olaraq Elm və Təhsil Nazirliyinin KQ-06 nömrəli, 24.10.2023-cü il tarixli kollegiya qərarına əsasən Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəb, Sumqayıt şəhər internat tipli gimnaziya və Sumqayıt şəhəri general M.Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziya Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyinə verilib. Müəssisələrdə təhvil-təslimi və monitorinqlərin aparılmasına başlanılıb”.

“Monitorinqlər yekunlaşdıqdan sonra mövcud vəziyyət təhliledilərək, tərəfimizdən təkliflər hazırlanacaqdır”, – deyə cavabda qeyd edilib.

Xatırladaq ki, Sumqayıt şəhər İnternat Tipli Gimnaziyada keçirilmiş monitorinq zamanı 280 şagird yerlik müəssisədə sıxlığın yaşandığı, 720 uşağın qeydiyyatda olduğu müəyyən edilib. Müəssisənin, xüsusilə də onun yataqxanasının təmirə əsaslı ehtiyacı olduğu, hamam otağının olmadığı, işıqlandırma ilə bağlı məsələnin təkmilləşdirilməsinə zərurət olduğu müəyyən edilib. Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbdə ibtidai sinif şagirdləri istisna olmaqla, digər şagirdlərin xüsusi dərs vəsaitləri ilə təmin edilməsində çətinliklər aşkar olunub. Müəssisə sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulsa da, infrastrukturun müyəssərliyinin təmin edilmədiyi, pandusların quraşdırılmadığı, məktəbin yeməkxanasında havalandırma sisteminin olmadığı müşahidə edilmişdi.

Həmçinin oxuyun

“Qara qaya yaxınlığında dəhşətli mənzərənin şahidi olduq” – Keçmiş döyüşçü

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində …