Şənbə , İyun 19 2021
Ana səhifə / Cəmiyyət / Sumqayıt Gəncələr Evi Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş “online” konfrans keçirilib -Video

Sumqayıt Gəncələr Evi Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş “online” konfrans keçirilib -Video

5 yanvar 2021-ci il tarixində Prezident İlham Əliyev cari ili Nizami Gəncəvinin 880 illik yubiliyinə həsr edərək Nizami ili elan olunması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Sumqayıt Gəncələr Evi bu istiqamətdə silsilə tədbirlərə start verib. 22 fevral tarixində Sumqayıt Gənclər Evinin təşkilatçılığı ilə Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş “online” konfrans keçirilib. Konfransda Türk dilli dövlətlərin ziyalıları iştirak edib. Və Nizami Gəncəvi irsinin araşdırılması istiqamətində müxtəlif mövzularda çıxış ediblər. Konfrans Sumqayıt Gənclər Evinin direktoru Nərgiz Nağıyevanın nitqiylə açıq elan olunub. Şair, publisist Türkoloq Beynəlxalq Alaş ədəbi mükafatının laureatı Əkbər Qoşalı, Xalq şairi, Saxa (Yakutiya) Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Natalya xanım Xarlampyeva, Qazaxıstan Mədəniyyət və İdman Nazirliyi Əl Yazmalar və Nadir Kitablar Mərkəzinin sədri, Qazaxıstan Yazıçılar Birliyinin idarə heyyətinin üzvü Malik Otarbayev, yazıçı, şair , Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri Vaqif Aslan, Başqırd şairi, publisisti və “Başqırdıstan qızı” jurnalının baş redaktoru Gülnaz xanım Kutuyeva, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan- Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz xanım Ülvi və Dünya Gənc Türk Yazıçılar Birliyinin Qırğızıstan təmsilçisi, Qırğız Milli Yazıçılar Birliyinin üzvü Altınbek İsmailov iştirak edib. Çıxışçılar Nizami Gəncəvinin yaradıcılığı mövzusunda geniş şəkildə gənclərə məlumat veriblər. Komfransda iştirak edən digər qonaqlarda mövzu ətrafında öz fikirlərini səsləndirib. Və sonda bildirilib ki bu kimi tədbirlərin davamlı olması Türk Dünyası arasında qardaşlıq əlaqələrinin və mədəni müstəvidə əməkdaşlığın inkişafına önəmli təsir göstərəcək.

Həmçinin oxuyun

BŞTİ-də yeni təyinatlar

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müvafiq vəzifələrə yeni təyinatlar olub. Azinforum.az xəbər verir ki, təhsil …