Bazar ertəsi , Sentyabr 21 2020
Ana səhifə / Cəmiyyət / Sumqayıt bələdiyyəsindən ÖZBAŞINALIQ – “Şirkətimin 60 sot torpağını başqasına veriblər”

Sumqayıt bələdiyyəsindən ÖZBAŞINALIQ – “Şirkətimin 60 sot torpağını başqasına veriblər”

Sumqayıt bələdiyyəsi “Fuad MTK” şirkətinə məxsus olan torpaq sahəsinin 60 sotunu ləğv edərək başqa şəxsə icarəyə verib.

Bu barədə Primetime.az-a məlumat verən şikayətçi, Bakı sakini, şirkətin direktoru Emil Aslanov qeyd edib ki, əslində torpaq “Fuad MTK”nın ərazisi kimi rəsmiləşdirilib:

Sumqayıt bələdiyyəsindən ÖZBAŞINALIQ

“Sumqayıt bələdiyyəsi 2018-ci ildə Sumqayıt İnzibati İqtisad Məhkəməsinə müraciət edərək torpağın təyinatı üzrə istifadə olunmadığına dair iddia qaldırıb. Daha sonra məhkəmə-ekspertiza məsələni araşdırıb. Ərazidə olan drenaj sistemi, kafelər tikinti aparmağımıza mane olduğuna görə təyinatı üzrə istifadə edə bilməmişik. Həmin ərazi 8 bloklu binanın tikilməsi üçün layihələndirilib. 2 blok artıq tikilib. Biz tikintini 2015-ci ildən davam etmək istəyirik, lakin Sumqayıt şəhər Memarlıq və şəhərsalma İdarəsi icazə vermir.

Əlimizdə 2018-ci ilin oktyabrında olan məhkəmənin qətnaməsi var. Hansı ki, bələdiyyənin iddiasını rədd edib və 200 manat məbləğində cərimə edib. Lakin 2019-cu ilin yanvar ayında bələdiyyə məhkəmə qərarı olmadan bizim icarə müqaviləsini ləğv edib. İcarə müqaviləsi isə cari ilin dekabrın 31-nə kimi qüvvədədir. Onlar torpağın 60 sotunu Rzayev Kamil Valeh oğlunun adına rəsmiləşdiriblər”.

E.Aslanov bildirib ki, qanunsuz ləğvedilmə məsələsi ilə bağlı artıq məhkəməyə müraciət edilib:

“Biz bu ləğvedilmə qərarını iyunun 11-i bildik. Bununla bağlı iyulun 10-u Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdik. Sabah məhkəmə keçiriləcək. Qeyd edim ki, bundan öncə Rzayev Kamil Valeh oğlu əraziyə gələrək bizim oradan çıxmağımızı tələb etdi və bildirdi ki, ərazidə tikinti işləri aparacaq. Buna görə biz Fövqəladə Hallar Nazirliyinə müraciət etdik və işi dayandırdılar”.

Həmçinin oxuyun

Şirkət rəhbəri prezidentə müraciət etdi

“Azər-Rabitə” MMC-nin direktoru Fikrət Fərzəliyev Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya  müraciət edib. …