Çərşənbə , May 22 2019
Ana səhifə / Cəmiyyət / Sükan arxasında narkotik qəbul edən avtobus sürücüsü danışdı (FOTO)

Sükan arxasında narkotik qəbul edən avtobus sürücüsü danışdı (FOTO)

Dünən mətbuatda sükan arxasında narkotik qəbul edən sürücü barədə video yayılmışdı. Daha sonra yol polisi həmin sürücünü aşkar etmiş və İlkin Tağıyev barəsində toplanmış materiallar məhkəməyə təqdim edilmişdi. Eyni zamanda sürücünün kalon rəisi Oktay Qurbanov da məsuliyyətə cəlb edilmişdi.
Bu gün “avtosfer.az” saytının əməkdaşı həmin sürücü ilə görüşüb. Sürücü öz əməlindən peşman olduğunu qeyd edib. Bildirib ki, bir neçə gün əvvəl “Chinar trans” şirkətində işə düzəlib və video yayılan gün də hələlik qeyd etmədiyi mənbədən narkotik maddəni əldə edib və sükan arxasına qəbul etməyə çalışarkən videosu çəkilib. Sosial şəbəkələrdə həmin video yayılandan sonra həbs olunub. Məhkəmənin qərarına görə ona 30 sutka həbs verilib.
Sürücüyə nəzarət etmədiyi üçün 15 sutka həbs alan kalon rəisi Oktay Qurbanov bildirib ki, bir neçə gün sürücü onlara müraciət edib və tibbi müayinə haqqında arayış və sürücülük vəsiqəsini təqdim edərək işə qəbul olunub və həmin gün də bu hərəkətləri edib.

Həmçinin oxuyun

Bakının ən böyük parkı – Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 22-də Bakının Yasamal rayonu ərazisində …