Çərşənbə , May 22 2024
Ana səhifə / Cəmiyyət / Su yolu ilə Azərbaycana 4,4 min əcnəbi daxil olub

Su yolu ilə Azərbaycana 4,4 min əcnəbi daxil olub

Bu ilin yanvar-mart aylarında turizm məqəsdi ilə Azərbaycana səfər edən əcnəbilərin 1,4%-i və ya 4 min 384 nəfəri ölkəyə su yolu ilə daxil olub.
Yeniavaz.com xəbər verir ki, su yolu ilə Azərbaycana gələn əcnəbilər arasında Türkmənistan vətəndaşları ilk sırada olub. Bu ilin ilk 3 ayında su yolu ilə Türkmənistandan Azərbaycana 2 min 651 nəfər səfər edib.
Ümumilikdə su yolu ilə Azərbaycana gələnlərin ölkələr üzrə sayı aşağıdakı kimi olub:
Türkmənistan – 2 651 nəfər
Qazaxıstan – 503 nəfər
Rusiya – 369 nəfər
Türkiyə – 203 nəfər
Ukrayna – 200 nəfər
Özbəkistan – 152 nəfər
Gürcüstan – 94 nəfər
İran – 64 nəfər
Moldova – 25 nəfər
Belarus – 7 nəfər
Digər ölkələr – 116 nəfər
Onu da qeyd edək ki, bu ilin ilk 3 ayında Azərbaycana turizm məqəsdi ilə ümumilikdə 322 min 973  əcnəbi səfər edib və onların 98,6%-i və ya 318 min 589 nəfəri ölkəyə hava yolu ilə daxil olub.

Həmçinin oxuyun

“Qadınlar kişilərdən hansı sənətdə üstündür ki?” – VİDEO

“Şahmatda qadın-kişi faktoru çox önəmlidir. Qadınlar kişilərdən çox daha zəifdirlər”. Bunu “Persona” verilişinin qonağı olmuş …