Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Cəmiyyət / Stalinin sürgünə göndərdiyi ailənin üzvü: O, yeganə azərbaycanlıdır ki…

Stalinin sürgünə göndərdiyi ailənin üzvü: O, yeganə azərbaycanlıdır ki…

Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs dünya idmanının ən məşhur simalarından biridir.

Yüngül çəkidə çempion olan Rafael Fiziyev UFC turnirlərində Qırğızıstanı təmsil edir. O, UFC yarışlarında iştirak edən yeganə azərbaycanlıdır.

Stalin rejimindən qaçış

İdmançı 1993-cü il martın 5-də Qazaxıstanın Korday şəhərində anadan olub. Fiziyev azərbaycanlı əsillidir. O, sosial şəbəkələrdə Qarabağda 44 günlük Vətən müharibəsi vaxtı Azərbaycana verdiyi dəstəyi ilə diqqət çəkmişdi. Rafaelin qardaşları ona Azərbaycanın milli papağını hədiyyə ediblər. O, bu papaqla döyüşlərdən əvvəl keçirilən mətbuat konfranslarına qatılmağı ənənəyə çevirib.

Rafael müsahibələrindən birində babalarının SSRİ-də Stalin rejiminin repressiyaları dövründə Azərbaycandan Qazaxıstana sürgün edildiyini bildirib.

Rafael Fiziyev Qırğızıstan Daxili İşlər Nazirliyi Akademiyasının məzunudur.

Kiçik əlcəklər

Rafael idmana atasının sayəsində gəldiyini deyib. Ataları hələ uşaqkən onun və qardaşlarının əllərinə əlcək geyindirib idman zalına aparırmış. Döyüşçünün mübarizəsi də elə o illərdən başlayıb.

Qardaşları ilə döyüşlərində məğlub olan Rafael idman zalında məşq etməmək qərarına gəlir. Amma yeniyetmə yaşlarında ailəsi kənddən şəhərə köçəndə idmana münasibəti yenidən dəyişir. Məktəbdə tez-tez öz yaşıdlarının fiziki təzyiqlərinə məruz qalan Rafael özündə müdafiə gücünü artırmaq üçün muay-taya üz tutur.

Rafael muay-tayla yanaşı, özünü digər idman növlərində – sambo, kikboksinq, boks, jujitsu və güləş də sınayıb. O, muay-taydan qarışıq döyüş sənətinə keçdikdə müəyyən çətinliklərlə üzləşdiyini, yeni bacarıqlar əldə etmək üçün tez-tez güləşdiyini bildirib.

İlk məşqçisi Pavel Fedotov ona “Ataman” ləqəbini verib.

“Ataman”

Döyüş meydanında Qırğızıstanı təmsil edən Rafael Fiziyev MMA-nın peşəkar rinqində 2015-ci ildə debüt edib. UFC-yə qatılmamışdan əvvəl Asiya (ROAD FC) və Amerikada (Titan FC) regional yarışlarda çıxış edərək, özünü idman dünyasına tanıda bilib.

Rafael UFC-dəki debütündə – 2019-cu il aprelin 20-də Sankt-Peterburqda keçirilən matçda (UFC Fight Night 149) rusiyalı döyüşçü Maqomed Mustafayevlə qarşılaşıb. İlk raundda texniki nokautla məğlub olub. Həmin il oktyabrın 26-da çıxdığı növbəti görüşdə böyük üstünlüklə qalib gəlib.

Fiziyev 2020-ci il iyulun 19-da UFC-nin Döyüş Gecəsində Alan Patriki əvəz edən Mark Diakezlə qarşılaşıb. Rafael bu matçdan da qələbə ilə ayrılıb. Bundan başqa, “Gecənin döyüşçüsü” seçilib.

Fiziyev həmin ilin avqustun 5-də UFC ilə dörd illik yeni müqavilə imzaladığını açıqlayıb.

Gecənin performansı

Rafael Fiziyev ötən il noyabrın 28-də UFC çərçivəsində braziliyalı Renat Moykanu ilə döyüşməli idi. Amma Moykanu döyüşdən əvvəl COVID-19 üçün müsbət test səbəbiylə yarışdan çıxdı və döyüş təxirə salındı. Amma Fiziyev dekabrın 12-də baş tutan görüşün birinci raundunda texniki nokautla mübarizəni qazandı. Bundan əlavə, döyüşçü karyerasında ilk dəfə “Gecənin performansı” mükafatına layiq görüldü.

Rafael bu ilin avqustun 8-də UFC-nin növbəti Döyüş Gecəsində amerikalı Bobbi Qrindən üstün olub.

Dəmirçi

Rafael idmanla yanaşı, dəmirçiliklə də məşğuldur. O, dəmirdən soyuq silahlar hazırlamağı sevir. Teleqraf.com

Həmçinin oxuyun

Distant təhsil tələbi ləğv edildi

Distant təhsil tələbi ləğv edilib və əyani təhsilə keçid müəyən edilib. Bu, Nazirlər Kabineti “Xüsusi …