Şənbə , May 28 2022
Ana səhifə / Cəmiyyət / Stalinin mindiyi vaqon Bakı metrosunda – VİDEO

Stalinin mindiyi vaqon Bakı metrosunda – VİDEO

Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) ilk metro vaqonu Bakıya gətirilib.

Bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O sözügedən qatarı göstərərək vurğulayıb ki, bu vaqonun içərisində Stalin digər SSRİ rəhbərləri ilə “Moskva Metropoliteni”nin açılışını edib:

“Bu postsovet məkanında istifadəyə verilmiş ilk metro vaqonudur.

Bundan başqa digər qatar növləri də Bakıda gətirilib. Bu qatarlar 4 gün ərzində sizin xidmətinizdə olacaq. Metroda şəkil çəkdirmək qadağan olsa da, bu qatarda çəkiliş edə bilərsiniz”.

Həmçinin oxuyun

Marketlərdə məhsulların qiyməti niyə yoxdur? — VİDEO

“Tezliklə təmin olunacaq”. Bəzi iri marketlərdə məhsulların qiymətinin yazılacağı yerə bu ifadə qeyd olunub. Bu …