Cümə , Oktyabr 30 2020
Ana səhifə / Cəmiyyət / Sosial şəbəkədə şantaj edən şəxs saxlanıldı

Sosial şəbəkədə şantaj edən şəxs saxlanıldı

Xırdalan sakinini şantaj edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 22-də Xırdalan şəhər sakini E.M Abşeron RPİ-yə ərizə ilə müraciət edib, sosial şəbəkə vasitəsilə tanıdığı Eltun adlı şəxsin onun şəkillərini sosial şəbəkədə yaymasını və həmin şəkilləri silməsi müqabilində ondan 200 manat pul tələb etməsini bildirib.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Qurbanzadə saxlanılıb. 
Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

İlham Əliyevin Şuşadakı fotosunun tarixi

Şanlı Azərbaycan Ordusu 27 ildir düşmən tapdağı altında qalmış doğma torpaqlarımızda uğurlu hərbi əməliyyatlar nəticəsində …