Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / SOKAR-ın olan «Sabit Bağırov» gəmisini SOKAR-a kim icarəyə verir?

SOKAR-ın olan «Sabit Bağırov» gəmisini SOKAR-a kim icarəyə verir?

Şok: 1983-cü ildə yaradılmış «Sabit Orucov» gəmisi “Caspian Marine Services” şirkətinin icarəsindədir və sahibi Cari Rolaston, onun müavinləri isə Yaqub Mürsəlov, Akşin Əlizadə və Böyükağa Əsgərovdur…
Sonuncu dəfə çoxsaylı neftçinin dənizdə həlak olması, itkin düşməsi və yaralanması ilə nəticələnmiş dəhşətli hadisənin, necə deyərlər, hələ «ili» çıxmamış ortaya «Neft daşları»ndan başqa bir həyəcanlı xəbərlər gəlməkdədir… Axı ölkənin əsas neft çıxaranlarının həyatını adi bir texniki problemlə risqə atmağa dəyərmi? Amma hadisələrin axarı göstərir ki, SOKAR-da hələ də bu məsuliyyəti yetərincə qiymətləndirməyənlər var…

450 neftçi dənizdən evinə çıxa bilmirsə…

«Təzadlar»ın redaksiyasına ötən şənbə günü «Neft daşlar»ından zəng edən bir qrup neftçinin acı şikayəti daxil oldu… Şikayətin məzmunu bundan ibarət idi ki, növbədən çıxmış 450 nəfər neftçi sahilə çıxa bilmirlər, çünki onları aparmalı olan «Sabit Orucov» gəmisinin kapitanı «Azneft» İB rəhbərliyi icarə haqqını vaxtında vermədiyi üçün sahilə yan ala bilməyəcək və başqa bəhanələr… Biz operativ surətdə bu şikayəti araşdırdıq, məlumatı qəzetin saytında yerləşdirdik və SOKAR-ın müvafiq strukturlarına ötürdük… Sonra Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı özünün “Feysbuk”dakı səhifəsində məsələyə ciddi reaksiya verdi… Təxminən yarım saatdan sonra neftçilərdən zəng gəldi ki, artıq gəmi kapitanı razılaşıb, neftçiləri sahilə gətirəcək… Sonra Mirvari xanım «Təzadlar»ın məlum məlumatına belə reaksiya verdi: «Araşdırılmalıdır ki, niyə neftçiləri Neft Daşlarına işə aparıb gətirmək üçün təzə «Müslüm Moqamayev» gəmisi yox, 1983-cü ildə Finlandiyada inşa olunan «Sabit Orucov» gəmisi sifariş olunur?! Niyə “Xəzər dəniz Neft Donanması” İdarəsi SOCAR tərkibindən çıxarıldı?! Nəyə görə “Caspian Marine Services” adlı şirkətin gəmiləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən ucuz qiymətə icarəyə götürüb, SOCAR-a və BP-yə baha qiymətə icarəyə verməlidir? Ümumiyyətlə, bu “Caspian Marine Services” kimə məxsusdur? Bu niyələrə kim cavab verə bilər?!”.

«Niyə»lərin cavabı tapılmasa da, problemin kökü aydınlaşmaqdadır…

Sosial şəbəkələrdə apardığımız kiçik bir araşdırma ilə müəyyən qənaətlərə malik olduq. Bəlli olur ki, “Caspian Marine Services” şirkəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəsmi partnyoru qismində çıxış edir. Belə ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevdir və “Caspian Marine Services” şirkətinin hüquqi ünvanı da Bakı şəhəri N.Əliyev küçəsi 38-A ünvanında yerləşir. Şirkətin rəsmi internet səhifəsində də maraqlı informasiyalar yer alır. Məsələn, “Caspian Marine Services” şirkətinin sahibi əcnəbi vətəndaşdır, adı Cari Rolastondur. Amma onun müavinləri isə azərbaycanlılardır: Yaqub Mürsəlov, Akşin Əlizadə və Böyükağa Əsgərov. Və “Caspian Marine Services” şirkətinin icraçı direktoru isə Brian Garrad adlı əcnəbi vətəndaşdır.
Bunlar “Caspian Marine Services” şirkətinin rəsmi internet səhifəsində yer alan məlumatlardır… İndi sual yaranır: məlum olur ki, «Sabit Orucov» gəmisi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nə (sədri Rauf Vəliyevə) məxsusdur və “Caspian Marine Services” şirkətinə icarəyə verilib… “Caspian Marine Services” şirkəti isə bu gəmiləri təzədən SOKAR-a icarəyə verir. Bəs niyə bu gəmi(lər)i “Caspian Marine Services” şirkətinin icarəsinə verirlər? Məqsəd və maraq nədir? “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev özü bu gəmiləri daha sərfəli qiymətə SOKAR-a icarəyə verə bilməz ki???
***
Nəhayət, apardığımız araşdırmadan və sosial şəbəkələrdə bu hadisə ilə bağlı aparılan yazışma və müzakirələrdən məlum olur ki, “Caspian Marine Services” şirkətinə aid məlumat bazasında 2010-cu ildə Anar Əliyev adlı şəxsin adı keçir. Yəni, adı çəkilən şirkətin vaxtilə SOKAR-a məxsus gəmiləri sonradan başqa bir şirkətin icarəsinə verib ikiqat icarəçiliklə məşğul olması kimi qarışıq məsələlərə rəhbərlikdə bu şəxsin adı qeyd edilir… «BETA.COMPANIESHOUSE.GOV.UK» SAYTINDA ONUN ADI ŞIRKƏTIN direktoru kimi yazılıb. Əsil sahibi isə başqa şəxsdir. FB-də isə Vüsalə Rüstəmova adı istifadəçi isə bu məsələ ilə bağlı yazır ki, «Mirvari xanım, internetdə «Global Witness» adlı şirkət də Anar adlı həmin şəxsə məxsusdur… Ola bilsin payının bir hissəsini satıb, başqa adam da peyda olub. Onsuz da bu şirkətlərin hamısı Anarın adına sənədləşdirilib, kimlərə məxsus olduğu məlumdur…».
Bəs kimə? Vüsalə Rüstəmova əlavə edir ki, «Həmin şirkətin sahibi SOKAR rəhbərliyidir, çünki gəmidə yuk daşımaçılığını Anar Əliyev vasitəsilə həyata keçiriblər. Hər halda «Global Witness»də belə yazılıb, Anar Əliyev də müsahibəsində təsdiqləmişdir ki, “Bu işi SOCAR üçün mən qurmuşam”.
***
Bəli, biz belə düşünürük ki, SOCAR-ın və «Azneft» İB-nin rəhbərliyi aydınlaşdırmalıdır ki, Sabit Orucov gəmisinin heyəti niyə oktyabrın 22-də «Neft Daşları»ndan 15 günlük iş növbəsindən evlərinə qayıdan 450 nəfərədək olan işçini 3 saata qədər gəmiyə buraxmayıb? İlkin məlumata görə gəmi heyəti bunu idarələr arasında olan maliyyə ödənişinin yerinə yetirilməməsi ilə əlaqələndirib… Və sonradan ortaya çıxan məlumat və faktlardan bəlli olur ki,ümumiyyətlə, bu gəmiyə bu qədər adamı yükləmək olmaz. Çünki bu gəmi köhnədir və çay suları üçündür…
Tanınmış ekspert Ilham Şabanın verdiyi məlumata görə isə, «Sabit Bağırov» gəmisi 1983-cü ildə Finlandiyada tikilib: «…Düzdür, bu gəmi «ro-ro» tipli olduğundan, yəni çayda, dənizdə ləngəri güclüdür, ona görə də sürəti də azdır, bu səbəbdən də Neft Daşlarına 6 saata qədər üzür. Ancaq 450 nəfər çox böyük yükdür. Bu qədər insanı belə bir gəmiyə doldurub daşımaq təhlükəlidir… Yadımdadır, SOKAR bir vaxtlar Avstraliyadan 34 milyon dollara «Müslüm Maqomayev» gəmisi almışdılar, sürətli sərnişin daşıma üçündür. Niyə Onunla daşımırlar?».


Bəs neftçilərə içməli su necə daşınır?

Neftçilərin «Təzadlar»a bir şikayəti də içməli suyun sahildən «Neft Daşları»na daşınması məsələsi barədədir. Məlum olur ki, bəzən içməli su keyfiyyətsiz olur, içməyə yaramır… Məsələ ilə bağlı Neftçilərin Hüquqlarını Müdafiə İB-nin sədri Mirvari Qəhrəmanlıya müraciət etdik. Təşkilat sədri bildirdi ki, «Mən də hiss edirəm ki, bu sahə nəzarətdən çıxıb. Yəni, SOKAR-da bu işə nəzarət çox zəifdir… Su daşıyan («vodaley»lər) gəmilərdəki çənlərin vəziyyətini, sanitariya-gigiyena tələblərinə cavab verdiyini yoxlayan varmı? İnanıram ki, bizim bu həyəcan təbilimizi eşidən olacaq və sərt tədbirlər görüləcək…».

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …

Bir cavab yazın