Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / ŞOK: SOCAR əməkdaşının qızı ABŞ senatorunun qız köməkçisinə ərə getdi

ŞOK: SOCAR əməkdaşının qızı ABŞ senatorunun qız köməkçisinə ərə getdi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı Kamal Eynullayevin qızı Elnarə Eynullayeva ABŞ senatorunun məsləhətçisi Rozali Hyuz Fatsio ilə ailə həyatı qurub.

Virtualaz.org bildirir ki, yerli media bu nikaha böyük diqqət ayırıb. “Nyu York Tayms” qəzeti isə yazıb ki, onların toyu Kuinsdəki “Skventum Point Park”da bu gün keçirilib. Toy mərasimi Massaçusets ştat birliyinin icazəsi ilə baş tutub.

Cütlük Fatsio-Eynullayeva soyadını götürəcək. Mərasimdə nikah şahidi Massaçusets ştatından senator Maykl Barret olub.

Qeyd edək ki, 32 yaşlı xanım Fatsio Uelesli kollecini bitirib və Kolumbiyada hüquqşünas dərəcəsi alıb. O, Massaçusets ştatının Biotexnologiya şurasının maliyyə və administrasiya üzrə vitse-prezidentinin qızıdır. 28 yaşlı Eynullayeva Uolthamda iqtisadçı işləyir. Massaçusets Universitetini bitirib və Konnektikut Universitetində magistr dərəcəsi alıb. Atası Kamal Eynullayev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mexanika müfəttişidir. Anası Tünzalə Eynullayeva Massaçusets ştatında yaşayır, özünün “Dilaura Naturals” dəriyə qulluq üçün kosmetik vasitələr istehsal edən şirkəti var, eyni zamanda, Sprinqfild məktəbində yarımştat müəllim kimi çalışır.

Qeyd edək ki, bu, Elnarə Eynullayevanın ikinci evliliyidir.

Onu da xatırladaq ki, Massaçusets ştatında eynicinslərin nikahı qanunidir.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın