Cümə axşamı , Oktyabr 28 2021
Ana səhifə / Cəmiyyət / SOCAR-ın vitse-prezidentləri işdən çıxarılıb? – Açıqlama

SOCAR-ın vitse-prezidentləri işdən çıxarılıb? – Açıqlama

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) vitse-prezidentləri Mikayil İsmayılov, Tofiq Qəhrəmanov və Xalik Məmmədov vəzifələrindən azad ediliblər.

Bu barədə haqqin.az şirkətdəki mənbələrinə istinadən xəbər verir.

Mənbələr qeyd ediblər ki, SOCAR-da kütləvi kadr dəyişiklikləri Azərbaycan Dövlət Neft Şirkətindəki islahatlar və restrukturizasiyalarla bağlıdır.

***

Şirkətin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, SOCAR-ın vitse-prezidentlərini vəzifəyə Azərbaycan Prezidenti təyin edir:

“Buna görə şirkətin hərhansı bir vitse-prezidentinin vəzifəyə təyin edilməsi və ya vəzifədən azad edilməsi məhz cənab Prezidentin müvafiq sərəncamı ilə təsbit olunur.”

Həmçinin oxuyun

Polad Həşimovun anası Rəsulzadənin və Atatürkün məzarlarını ziyarət etdi

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə xanım Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin …