Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Cəmiyyət / Siyavuş Novruzov və xanımı da cərimələndi- VİDEO

Siyavuş Novruzov və xanımı da cərimələndi- VİDEO

Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin karantin dövründə keçirilən toyunda iştirak etdiyinə görə daha bir neçə tanınmış ictimai şəxs cərimələniblər.

Karantin qaydalarını pozaraq toyda iştirak etdiklərinə görə, deputat Siyavuş Novruzov, onun xanımı, Ombudsman Səbinə Əliyeva və Filarmoniyanın direktoru Murad Adıgözəlzadənin xanımı Aysel Adıgözəlzadə də cərimələniblər.

Adıçəkilən şəxslər qanunu pozduqlarını etiraf ediblər. Hər üç şəxs İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 400 manat məbləğdə cərimə edilib.

Məlumatı DİN-nin mətbuat xidməti Musavat.com-a təsdiqləyib.

 Sözügedən toydan videogörüntüləri təqdim edirik:

Həmçinin oxuyun

AMEA-da struktur dəyişiklikləri olub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda Elmi Şuranın iclası keçirilib. Akademiyadan “Report”a verilən məlumata görə, …