Çərşənbə axşamı , Mart 26 2019
Ana səhifə / Cəmiyyət / Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsait açıqlanıb

Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsait açıqlanıb

Noyabrın 1-dək Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsait açıqlanıb.

Bu barədə Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrin Yardım Fonduna cari il noyabrın 1-dək  94.727.254,86 AZN, 213.577,88 ABŞ dolları, 13036,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il oktyabrın 1-dək  94.005.457,49 AZN, 213.577,88 ABŞ dolları, 12736,0 avro və 5000,0 rubl vəsait daxil olmuşdu.

Həmçinin oxuyun

İsa Həbibbəyli: Təhsillə bağlı yeni qanun layihəsinin hazırlıqlarına başlanılıb

“Ali təhsil haqqında” qanun layihəsinin hazırlıqlarına başlanılıb. Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Elm və təhsil …