Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Cəmiyyət / Şikayətçi qadın küçədə Eldar Mahmudovun üzərinə yeridi: “Kef etdinmi?”

Şikayətçi qadın küçədə Eldar Mahmudovun üzərinə yeridi: “Kef etdinmi?”

İllərdir sabiq milli təhlükəsizlik nazirindən şikayətçi olan Yasamal rayon sakini Sevda Süleymanova bu gün Baş Prokurorluğun qarşısında Eldar Mahmudovla qarşılaşıb.

Bu barədə Cebhe.info-ya Sevda Süleymanova özü məlumat verib. Onun sözlərinə görə, Eldar Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib çıxdığı vaxt küçədə qarışlaşıblar. Bu zaman şikayətçi qadın həyat yoldaşının həbs olunmasında günahkar bildiyi keçmiş nazirin üzərinə gedib:

“Eldar Mahmudovu görüb dedim ki, izahat vermək asandırmı? Keyf etdinmi? Necədir? Başını aşağı salıb mühafizəçisi və sürücüsü ilə 90 KU * nömrəli BMW markalı qara avtomobilə minib getdi. Eldar Mahmudov bundan sonra da bilmirəm nə qədər yaşayacaq. Amma nə yaşadığı illərdə, nə də bundan sonra belə bir epizod görməyib. Əminəm ki, bu epizod onun həyatında iz buraxacaq”.

Xatırladaq ki, Sevda Süleymanovanın həyat yoldaşı Qüvvətəli Süleymanov ərinin keçmiş MTN-nin sabiq naziri Eldar Mahmudovun sağ əli Akif Mustafayevin sifarişilə 21.10. 2013-cü il tarixində qeyri-qanuni həbs olunubr. Qadının iddiasına görə, sifarişin məqsədi yoldaşının “AFİNA” MMC və “OMAKS” MTK-ya qoyduğu təqribən 8 milyon manat pulunu və 6 mənzilini əlindən almaq olub.

Həmçinin oxuyun

İşğaldan azad olunmuş ərazilərdə sərhəd zastavalarından Reportaj (FOTO/VİDEO)

İşğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonları ərazisində Soltanlı, Xələfli, Qumlaq və Xudafərin sərhəd zastavaları …