Cümə axşamı , May 26 2022
Ana səhifə / Cəmiyyət / Şeyxin qudası partlayışdan DANIŞDI: “Bunların valideyni yoxdur?”

Şeyxin qudası partlayışdan DANIŞDI: “Bunların valideyni yoxdur?”

“Partlayışı dinlə əlaqələndirmək düzgün deyil. Hesab edirəm ki, bu, allahın bəlasıdır. Başlarına gəlib. Allah bilər, özləri bilərlər”.

Bunu Şeyxin qudası, keçmiş deputat Qalib Salahzadə ötən gün paytaxtda baş vermiş partlayışla bağlı danışarkən deyib. Sabiq deputat qeyd edib ki, Ramazan ayında şadlıq yerlərinə, klublara, əyləncə mərkəzlərinə gedən adamlara pis baxır:

“Camaat özü necə fikirləşir, özü bilər. Amma belə şeylərə yaxşı baxmıram. Mən cavan vaxtı ancaq toylara getmişəm, barlara getməmişəm. Düzdür, əvvəllər belə yaşayış tərzi də yox idi. Biz uzağı axşam saat 10-da evdə olmalı idik”.

Q.Salahzadə gənclərin gecə saatlarında klublarda olmağına yaxşı baxmadığını vurğuladı:

“Ümumiyyətlə, pis baxıram ki, axşam saat birdir, ikidir uşaq evdə yoxdur, barlardadır. Bu, yaxşı şey deyil. Bunların valideyni yoxdur? Övladlarına nəzarət etməlidirlər. Onu qeyd edim ki, biz belə tərbiyə almamışdıq. Düzdür, indi əvvəlki dövr deyil, başqadır. Əvvəl azadlıq, firavanlıq yox idi. İndiki gənclər rahat yaşamaq istəyirlər. Saat 2-3-dü onlar haradasa, kiminsə yaşını qeyd edirlər. Valideynləri də icazə verir. Bu gün Cənab İlham Əliyevin, Mehriban xanım Əliyevanın sayəsində həqiqətən də camaat yaxşı yaşayır, günü-güzəranə düzəlib. Əlbəttə ki, çatışmamazlıqlar da var. Bunlar da təbiidir. Bu gün hər kəs istəyir ki, uşağı yaxşı böyüsün. Ancaq gənclərin gecə klublarında vaxt keçirməyinə, gecə saat 2-3-də elə yerlərdə olmağını normal qarşılamıram”.

Demokrat.az

Həmçinin oxuyun

9 min manata Həcc ziyarəti? – “QMİ məsələyə aydınlıq gətirməlidir“

Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti bir nəfərə …