Çərşənbə , İyun 29 2022
Ana səhifə / Cəmiyyət / Şeyxin biznesi haqda məlumat dövlət sirridirmi?

Şeyxin biznesi haqda məlumat dövlət sirridirmi?

“Kanalların birində ölkənin Şeyxülislamı Allahşükür Paşazadənin qardaşı, millət vəkili Cavanşir Paşazadəyə sual verirlər ki, sizin qardaşınız zəngin insandırmı? O, bunu qardaşının nüfuzu ilə əlaqələndirməyə çalışdı. Niyə şəffaf olmamalıdır?!”

Bunu Cebhe TV-yə ilahiyyatçı Elşad Miri din xadimlərinin bizneslərinin gizlədilməsindən danışarkən deyib:

“Niyə gizlətməlidir?! Biznesin varsa, çox gözəl. Bunu deyə bilərsən ki, dövlətə bu qədər vergi ödəyirəm”.

İlahiyyatçının fikirlərinə görə, insanlara şəffaflığı, düzgünlüyü çatdırmağa çalışan insanların özü ilk növbədə şəffaf olmalıdır:

“Əgər şəffaf deyiləmsə, hansı şəffaflıqdan söhbət gedə bilər?! Baxın din xadimlərin çoxuna. Adamlar ömürlərində bir yerdə işləməyiblər. Heç bir təcrübəsi olmayan həmin insanlar orta təbəqə Azərbaycan vətəndaşlarından yaxşı yaşayırlar. Haradan?! Niyə?!”

Elşad Miri həmçinin bu qrup din xadimlərinin bizneslərinin gizlədilməsinin heç bir əsası olmadığını bildirib:

“Elə adamların dediklərini alqışlayırıq ki, superdir. Hansısa əsası varmı? Məntiqdən belə çıxır ki, əsasa söykənməyən gizli bizneslər var deyə belə davranırlar. Başqa izahını verə bilmirəm, varsa, siz deyin”.

Həmçinin oxuyun

Evi sökülənlərin nəzərinə – VİDEO

Göbələk kimi artan tikinti şirkətləri terror edərək binaları sökürlər. Mənzilsiz qalan vətəndaşlar da bunun qarşısında …