Ana səhifə / Cəmiyyət / Şeyxin Ərdoğana yazdığı məktub üzə çıxdı

Şeyxin Ərdoğana yazdığı məktub üzə çıxdı

Azərbaycanlı iş adamı Mübariz Mənsimovun azadlığa çıxması ilə bağlı sensasion fakt üzə çıxıb.

Mübariz Mənsimovun azadlığa buraxılmasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rolu olubmuş.

Belə ki, Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə iş adamı Mübariz Mənsimovun azadlığa buraxılması üçün Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğandan xahiş edibmiş.

İddiaya görə, bu məktubdan sonra Mübariz Mənsimov azadlığa buraxılıb. O da vurğulanıb ki, Şeyxə Ərdoğanın xüsusi rəğbəti var.

Qeyd edək ki, sözügedən məktubu Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Melih Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı Yepiskopu Vladimir Fekete də imzalayıb.

Şeyxin Ərdoğana yazdığı məktub üzə çıxdı

Həmçinin oxuyun

Müxalifət funksioneri koronavirusdan vəfat etdi – FOTO

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Məhərrəm Həsənov koronavirusdan dünyasını dəyişib. M.Həsənov bir …