Cümə , Oktyabr 23 2020
Ana səhifə / Cəmiyyət / Şeyx İspaniyaya gedir

Şeyx İspaniyaya gedir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün İspaniya Krallığına səfərə gedir.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, səfərdə məqsəd “İslam Həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.

Azərbaycanı QMİ sədri ilə bərabər ənənəvi dini konfessiya başçıları – RPK-nin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və Bakıdakı Katolik icmasının ordinarisi Vladimir Fekete təmsil edəcəklər.

Səfər çərçivəsində İspaniya Senatında, Ədliyyə və Xarici İşlər Nazirliklərində, habelə Madrid meri və dini icma rəhbərləri ilə görüşlər nəzərdə tutulub.

Həmçinin oxuyun

İşğaldan azad edilən Mincivan qəsəbəsinin əsrarəngiz görüntüləri… – FOTOLAR

Dünən işğaldan azad edildiyi açıqlanan Zəngilan rayonunun Mincivan qəsəbəsinin fotolarını təqdim edirik.Xatırladaq ki, Mincivan qəsəbəsi …