Çərşənbə , İyun 29 2022
Ana səhifə / Cəmiyyət / Şeyx 15 ildir qazpulu ödəməyib?

Şeyx 15 ildir qazpulu ödəməyib?

“Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 15 ildir qaz pulu ödəmirmiş”.

Bunu tanınmış jurnalist Əvəz Zeynallı Xural TV-nin “Siyasət meydanı” verilişində deyib.
O bildirib ki, “Azəriqaz” əməkdaşları Şeyxin Nərimanovdakı villasında reyd keçirib və qeyri-qanuni qaz xətləri aşkarlayıblar.

“Verilən məlumatlara görə, “Azəriqaz” əməkdaşları Şeyxin evinə girə biliblər və orada qeyri-qanuni qaz xətləri aşkara çıxıb. Təbii ki, onlar ləğv olunub. Bilmirəm buna görə cərimə yazılıb, ya yox. Amma aldığım məlumata görə, bu qeyri-qanuni xətlər 15 ildir var və Şeyx bu illər ərzində qazpulu ödəmirmiş. Mən maraqlandım və öyrəndim ki, villasında aylıq qaz sərfiyyatı 3-5 min manat aralığında olub”.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, onda belə bir məlumat yoxdur:
“Bizimçün hər bir kəs abonentdir. Heç kimin statusu və ya qohumluq əlaqələri abonentlərə göstərdiyimiz xidmətə təsir edə bilməz”.

Həmçinin oxuyun

Bu ərazilərdə “ictimai Wi-Fi” xidməti dayandırılır

Bu gündən Bakıda 14 ərazidə “ictimai Wi-Fi” xidməti dayandırılacaq. Bu barədə “Bakı Telefon Rabitəsi” MMC-nin …