Şənbə , Avqust 13 2022
Ana səhifə / Cəmiyyət / Seyran Səxavət Anarın 31 illik səltənətindən danışdı: “O, nə vaxt getsə…”

Seyran Səxavət Anarın 31 illik səltənətindən danışdı: “O, nə vaxt getsə…”

“Yazıçılar Birliyi futbol komandası deyil ki, kimin yaşı keçirsə, istefa versin”. 

Bunu “Yeni Sabah”a tanınmış yazıçı Seyran Səxavət deyib.

Bəzi şəxslərin Anarın 31 il Yazıçılar Birliyinin sədri olmasına etiraz etməyib, məmurların uzun müddət kürsüdə oturmalarına irad bildirmələri barədə fikirlərini şərh edən Seyran Səxavət əlavə edib:

“İstedadlı yazıçı yaşa dolduqca müdrikləşir. Çox təəssüflər olsun ki, bu gün bəzi adamlar Yazıçılar Birliyinə futbol komandası kimi baxır. “Yazıçılardan kim yaşlanırsa, vəzifəsindən çıxmalıdır” fikri gülməlidir. Ümumiyyətlə, mən belə lazımsız, mənasız işlərə az qarışıram. Kim nə qədər işləməyinin heç bir ziyanı yoxdur.  Anar Anardır. Guya  yazıçı Anar sədrlikdən gedəndə nə olacaq ki?! Anar futbolçu deyil. Layiq olduğu yerdə də işləyir.

O, nə vaxt istefa versə, onda onun yerinə namizədlər barədə fikir yürütmək olar. Demək ki, Anarın hələ də sədr qalması özünün xoşuna gəlir. Mən peşəkar yazıçıyam. Belə işlərlə də maraqlanmıram. O hələ də orada fəaliyyət göstərir. Bu halda indidən onun yerinə niyə adam axtarmalıyıq ki?! Mən bir dəfə Qədir Rüstəmovdan müsahibə alırdım. Sual verdim ki, “Ay Qədir bəy, səsiniz batsa, nə edərsiniz? Dedi ki, “Səsim batanda gələrsən, o vaxt deyərəm”. 

Həmçinin oxuyun

“Qızları xaricə göndərməyə ehtiyac yoxdur“

“İndiki dövrdə nəinki qız uşaqlarını, oğlan uşaqlarını da xarici ölkələrə tək buraxmaq risklidir”. BunuSağlam Cəmiyyət Hərəkatının …