Cümə , Aprel 12 2024
Ana səhifə / Cəmiyyət / Seymur Talıbovun təsis etdiyi universitet bağlanır – RƏSMİ

Seymur Talıbovun təsis etdiyi universitet bağlanır – RƏSMİ

“Naxçıvan” Universitetinin fəaliyyətinin dayandırılması ilə bağlı müraciət olub.
Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun bildirib ki, ali təhsil müəssisəsinin builki son kurs tələbələri müvafiq qaydada məzun olacaqlar:
“Aşağı kurs tələbələri isə başqa universitetlərə köçürüləcəklər. Yəni tələbənin balı yüksəkdirsə, digər ali təhsil müəssisələri onun qəbul olduğu ildəki qəbul balına görə transfer edə bilər. Aşağı nəticəli tələbələr isə yaşayış yerinə yaxın universitetlərə köçürüləcək”.
Qeyd edək ki, “Naxçıvan” Universitetinin təsisçisi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov olub.
2023-cü ilin əvvəlində “Naxçıvan” Universitetinin təsisçisi dəyişib və universitetə yeni rektor təyin olunub.

Həmçinin oxuyun

Azərbaycanın iki universiteti dünya reytinqində yer tutub

Ali təhsil sahəsində beynəlxalq analitik agentlik Quacquarelli Symonds (QS) fənn sahələri üzrə dünyanın ən yaxşı …