Ana səhifə / Cəmiyyət / Sevinc Osmanqızıdan Tamerlan Qarayevə sərt sözlər: ” Biz igid, mərd olmuşuq, sənsə – alçaqsan!!!”

Sevinc Osmanqızıdan Tamerlan Qarayevə sərt sözlər: ” Biz igid, mərd olmuşuq, sənsə – alçaqsan!!!”

Tanınmış jurnalist Sevinc Osmanqızı   Azərbaycanın İndoneziyadaki səfiri Tamerlan Qarayevi sərt tənqid edib. Azinforum.az jurnalistin səsləndirdiyi fikirləri təqdim edir: Mənim Tamerlan Qarayevlə bir deyil, bir neçə müsahibəm olub. Bu söhbətlərdə məni ən çox təsirləndirən onun Tofiq İsmayılov barədə dediyi sözlər olub. O, hər dəfə inandırmağa çalışıb ki, vertolyot faciəsinin günahkarı elə Tofiq İsmayılov olub – bilib ki təhlükəli yerə gedir, səhlənkarlıq edib, gedib, özü də ölüb. Hayıf Tofiq İsmayılovun Tamerlan Qarayevə cavab vermək imkanı yoxdur. Olsaydı, bəlkə ona deyərdi ki, biz igid, mərd olmuşuq, sənsə – alçaqsan!!”.

Azinforum.az olaraq qeyd edirik ki, Sevinc Osmanqızının atası  Osman Mirzəyev də həmin vertolyot qəzasında dünyasını dəyişib. Bu səbəbdən də,  onun mövzuya olan həssas və əsəbi yanaşmasını anlayırıq. Eyni zamanda, məlum vertolyot qəzası müasir  Azərbaycan tarixinin hələ də üstü açılmamış faciələrindən olduğu üçün, biz Sevinc xanımın paylaşdığı statusu olduğu kimi təqdim etdik. Bununla yanaşı hesab edirik ki, Sevinc xanımım Tamerlan Qarayev barəsində işlətdiyi fikirdəki son söz sərtdir, hətta təhqir də sayıla bilər. Ancaq həmin ifadəni kontekstdən çıxarmaqla təqdim etmək xanım jurnalistin fikirlərinin təhrif olunması anlamına gələ bilərdi. İstənilən halda, səslənən fikirə görə məsuliyyəti Sevinc xanım daşıyır və biz Azinforum.az olaraq, Tamerlan Qarayevin də mövqeyinə yer verməyə hazırıq.

sev

Vidadi

Azinforum.az

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın