Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Cəmiyyət / “Serbiyanın udmasını istəyirəm, çünki Prezidentin təyyarəsini F-16-larla müşayiət etdilər”

“Serbiyanın udmasını istəyirəm, çünki Prezidentin təyyarəsini F-16-larla müşayiət etdilər”

“Hər zaman Braziliya üçün azerkeşlik etmişəm. Amma indi Serbiyanın udmasını istəyirəm. Çünki, Serbiya Azərbaycan Prezidentini yüksək səviyyədə qarşıladı, F-16-lar Azərbaycan Prezidentinin təyyarəsini müşaiyət edib qəbul etdi və yola saldı. Bu, Azərbaycana göstərilən hörmət idi”.
Bunu Milli Məclisin deputatı Razi Nurullayev Braziliya – Serbiya matçına şərh bildirərkən deyib.
“Qoy qalib Serbiya olsun. Amma Braziliya çox güclü təsiri bağışlayır. Sadəcə, mən mövqeyimi açıqladım”, – deputat bildirib.
Məlumat üçün bildirək ki, açıq mənbələrdəki məlumatlara görə Serbiya ordusu F-16 qırıcılarına sahib deyil.
Qeyd edək ki, Qətərdə keçirilən futbol üzrə dünya çempionatı çərçivəsində ötən gün Braziliya – Serbiya matçı baş tutub. Oyun sambaçıların 2-0 hesablı qələbəsi ilə yekunlaşıb.

Həmçinin oxuyun

Sənubər İsgəndərli: “Qızıma çox qadağa qoyduğuma görə peşmanam” – FOTO

“Məndə insanlara qarşı həmişə məsafə var. Zarafat sevirəm, deyib-gülməyi xoşlayıram. Çalışıram kiminsə qəlbinə dəyməyim, amma …