Cümə , Sentyabr 30 2022
Ana səhifə / Cəmiyyət / Şeir müsabiqəsinin elanı müzakirələrə səbəb oldu – Hərf səhvləri, “Turanın xalq şairi” – FOTO

Şeir müsabiqəsinin elanı müzakirələrə səbəb oldu – Hərf səhvləri, “Turanın xalq şairi” – FOTO

“Sübhnur” tədris mərkəzinin təşkil edəcəyi şeir müsabiqəsi ilə bağlı elan müzakirələrə səbəb olub.

Pravda.az-ın xəbərinə görə, elanda bildirilib ki, müsabiqədə 25 AZN ödənilməklə, 4-14 yaş arası uşaqlar iştirak edə bilərlər.

Mətndəki hərf səhvləri diqqət çəkib və gülüşə səbəb olub, müzakirələr zamanı qeyd olunub ki, burada məqsəd pul qazanmaqdır.

Müsiflər heyətindən şair Vüqar Əhmədin “Turanın xalq şairi” kimi təqdim edilməsi suallar doğurub. Vikipendiyaya nəzər saldıqda isə, V.Əhmədin belə bir fəxri adının olduğu görünür. Bu adı ona 2022-ci ildə “Turan” Beynəlxalq Yazıçılar Cəmiyyəti verib.

“Sübhnur” tədris mərkəzinin direktoru Gülnarə Hüseynova sosial şəbəkədə məsələyə münasibət bildirib: “Təşkilatçı olduğum tədbirlərin nə qədər çətin və məsuliyyətli olduğunu dərk edərək hər zaman yüksək səviyyədə etmişəm və bundan sonrada edəcəyəm! Bu dəfəki şeir müsabiqəsi maarifləndirici sosial lahiyəmin posterlərini tamamlamadan tanımadığım bəzi insanlar tərəfindən qarayaxma kampaniyasının şahidi olduq. Qarayaxma kampaniyası ilə əldə etdiklərini, yəqin ki, özləri də başa düşmədilər. Anlaşılmazlığa görə münsiflər heyətindən ayrılan bəzi şəxslərə yenə də dərin hörmət və sayğımı bildirərək, yeni münsiflər ilə “Doğma Yurdum” adlı şeir müsabiqəsinə davam edirəm. Hamımız bilirik ki, işi görə bilməyən kənardakı insanlar bu cür pis niyyətlərini ömürlərinin sonuna qədər etmiş olurlar. Heç nəyə əhəmiyyət vermədən doğru, dürüst yolumuzla uğura addımlayırıq. Yalnız və yalnız  irəliyə!”

Paylaşılan yeni elandan 25 AZN ödəniş hissəsi çıxarılıb. Direktorun yazdığı mətndəki səhvlər də müzakirələr yaradıb.

Həmçinin oxuyun

“Hamısı boş şeydi, mənim yaradıcılığım var?”

Daha çox “Moşu” obrazıyla yaddaşlarda qalmış Xalq artisti Valeh Kərimov onunla əlaqə saxlamaq istəyən jurnalistlə …