Cümə , Oktyabr 23 2020
Ana səhifə / Cəmiyyət / “Savab əməl cavabsız qalmaz” – FOTOLAR

“Savab əməl cavabsız qalmaz” – FOTOLAR

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi müqəddəs Ramazan ayı boyunca Bakıda xeyriyyə aksiyalarını uğurla davam etdirir.
Birlikdən verilən məlumatına görə, təşkilatın rəhbəri Sevinc Əzimbəyli bu gün öz ailəsi şərqşünas Seyid Camal Əzimbəyli ilə birlikdə sübh çağında, imsak vaxtı Bakının təmizliyinin keşiyində duran çoxlu saylı zəhmətkeş işçiləri müqəddəs Ramazan ayı münasibətilə ziyarət ediblər. Şəhərin müxtəlif yerlərində bu fədakar insanlara Ramazan sovqatı paylayıblar. Paytaxtın təmizliyini qoruyan bu insanlar diqqət və qayğıya görə təşəkkür ediblər.
Akasiya zamanı təşkilatın sədri S.Əzimbəyli bildirib ki, Ramazan ayı bağışlanma və fürsət ayıdır: “Biz bu mübarək ayda demək olar ki, hər gün çoxlu sayda şəhid və qazi ailələrini ziyarət edirik. Bu gündə orucluğun ən bərəkətli çağında, imsakda daha çox borclu olduğumuz dogma şəhərimizin daima təmizliyinin keşiyində duran cəfakeş insanları sevindirməyi qərara aldıq. Xeyirsevər aksiyamızın həyata keçməsində birliyimizə təmənnasız dəstək verən “Ovqat-AB” şirkətinə, eləcə də şirkətin dəyərli rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Bütün zənginləri ilahi fürsət ayında imkansızları sevindirməyə səsləyirəm. Unutmamalıyıq ki, Allah dərgahında heç bir savab əməl cavabsız qalmaz”.
Azinforum.az


Həmçinin oxuyun

Zəngilanda üzərinə bayraq sancılan prokurorluq binası ilə bağlı məlumatlar

Oktyabrın 20-də kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad …