Ana səhifə / Cəmiyyət / Sarkisyan “vor zakon”larla dostluq edir– Moskvadakı səfirə silah çəkiblər

Sarkisyan “vor zakon”larla dostluq edir– Moskvadakı səfirə silah çəkiblər

Çexiyada Ermənistanın diplomatik pasportunu daşıyan “vor zakon” Ruben Tatulyanın həbsi bu ölkədə geniş rezonansa səbəb olub. virtualaz.org primcrime.ru portalına istinadən xəbər verir ki Çexiya DİN-in mütəşəkkil cinayətlarlıqla mübarizə İdarəsini detektivləri Karlovı-Varı restoranlarından birində keçirilən “sxodka”nın qarşısını alıblar. Bu toplantıda kriminal aləmin bəzi “zəhmətkeşlərinə” “vor zakon” titulu verilməliydi. Toplantıya qatılan qanqsterlərdən bəzilərinin adları məlumdur-bunlar Qayoz Zviadadze, Gela Kardava, Dmitri Zabrodin və digərləridir.

“Sxodka”nı çağıran isə Siçidə fəaliyyət göstərən erməni biznesmen-“vor zakon” Ruben Tatulyandır. Kriminal aləmdə onun ləqəbi “Robson”dur. Məlumatlara görə “Robson” bir neçə ildir o dünyada olan “Ded Xasan”ın klanının Soçi üzrə nümayəndəsidir. Və Tatulyan Ermənistanın diplomatik nümayəndəliyi tərəfindən verilmiş 138 D 307 77 RUS diplomatik nömrə nişanlı avtomobildə gəzir. Və saxlanılarkən onun üzərində Ermənistan diplomatik pasportu çıxıb.

Bu arada məlum olub ki, Tatulyanın üstünlükləri təkcə diplomatik pasport gəzdirib diplomatik nömrə nişanlı maşında şütüməsində deyil. O, Ermənistan investorları Klubunun üzvüdür. Hansı ki, baş nazir Karen Karapetyan və erməni mənşəli rusiyalı milyarder Samvel Karapetyan da bu klubda “Robson”la çiyin-çiyinədir. Habelə fotolardan birində “Robson” Ermənistan prezidenti Serj Sərkisyanla və oliqarx Qaqik Tsarukyanla (“Tupoy Qaqo”) ilə birlikdədir.Digər fotoda isə biz onu “Ded Xasan”la eyni masa arxasında görürük.

Ermənistanın hakim elitasının, şəxsən prezident Serj Sərkisyanın və qardaşının kriminal avtoritetlərlə əlaqələri yenilik deyil. Məlum olduğu kimi, vaxtilə “Ded Xasan” İrəvanda Ermənistan hakimiyyətinin sayəsində “sxodka” keçirmişdi. “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov da həbsdən çıxandan sonra kriminal aləmin “zəhmətkeşlərinin qurultayını” keçirmək üçün ən təhlükəsiz məkan kimi İrəvanı seçmişdi. Bu baxımdan “Robson”un diplomatik pasport daşıması təəcüblü görünmür.

Lakin erməni elitasının kriminal aləmlə sıx bağlılığı haqda digər məlumatlar var ki, bunlar daha maraqlıdır. Kavkazoved.info saytında dərc olunmuş məqalədə deyilir ki, Ermənistanın Rusiyadakı yeni səfiri Vartan Toqanyan işə başlayan kimi erməni kriminal avtoritetlər ona mesaj göndəriblər, xəbərdar ediblər ki, işləmək üçün təkcə səfir təyinatı barədə aqremanın Rusiya XİN-də qəbul edilməsi kifayət deyil.

Səfirlikdəki mənbə deyib ki, Toqanyan təyinat alandan az sonra səfirliyə məxsus binalardan bəzi kommersiya strukturlarını çıxarmaq istəyib. Lakin o, faktiki olaraq silahlı müavimətlə qarşılaşıb. Toqanyan həm Moskvadakı, həm İrəvandakı kriminal qruplaşmaların güclü təzyiqinə məruz qalıb. İş o yerə çatıb ki, Ermənistanın Moskvadakı səfirliyinin binasında məskunlaşan, kriminal qruplaşmalara bağlı strukturları oradan çıxarmaq üçün özəl mühafizə şirkətlərindən birinin çeçen döyüşçüləri səfərbər olunub. Toqanyan isə bir neçə dəfə gecə saatlarında səfirliyə gedərək qiyam qaldıran “icarəçilərlə” anlaşmağa çalışıb.

Vartan Toqanyan

Habelə Moskvadakı Ermənistan səfirliyinin kriminal qruplaşmaların nümayəndələrinə verdiyi diplomatik pasportlardan 20-yə yaxını ləğv edilib. Toqanyan müşavirələrdən birində hədələyib ki, bu pasportları daşıyanların və onların himayəçilərinin adlarını mətbuata açıqlayacaq. Habelə səfir Moskvadakı özəl iqamətgahlardan birində Rusiyadakı nüfuzlu ermənilərlə toplantı keçirərək kriminal-səfirlik əlaqələrini kəsmək üçün bundan sonra da qəti addımlar atacağını deyib. Bundan sonra Toqanyanın ünvanına təhdidlər artıb, ona divan tutacaqları ilə hədələməyə başlayıblar. Nəticədə səfir adamların çox olduğu yerlərdə görünməməyə və silahlı mühafizəçilərlə gəzməyə başlayıb. Digər məlumata görə erməni mafiyası ilə səfirliyin ortaq biznesinə Moskvadakı keçmiş konsul “krışalıq” edirmiş və onu tələsik Ermənistanın dövlət gəlirləri Komitəsində vəzifəyə keçiriblər.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın