Bazar ertəsi , May 27 2019
Ana səhifə / Cəmiyyət / Samuxun İcra Hakimiyyətindən özünüifşa edən sənəd verildi

Samuxun İcra Hakimiyyətindən özünüifşa edən sənəd verildi

Samuxda 100 hektar torpağın Pərvanə Novruzovaya qanunsuz verildiyi təsdiqləndi
“Gəncəbank”ın rəhbəri Pərvanə Novruzovanın Samuxda torpaq zəbt etməsi haqda yazmışdıq. Samux rayon sakini İltimas Dəmir qızı Əliyeva bildirmişdi ki, bank rəhbəri ona məxsus olan torpaq sahəsini zəbt edib özünə fermer təsərrüfatı yaradıb.
 İltimas Əliyeva prezidentə müraciətində bildirmişdi ki, Pərvanə Novruzova Samuxun icra başçısı Alı Qocayevlə birgə onun torpağını qanunsuz yollarla əlindən alıblar. İ.Əliyevanın  vəkil Ceyhun Yusifov bu məsələ ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, Samux Rayon Prokurorluğuna ünvanladığı sorğuda Əliyevanın müraciətində göstərdiyi ərazidəki torpaqların hansı əsasla özgəninkiləşdirildiyinə aydınlıq gətirilməsini istəyib.
ƏMDK Yanında Torpaqların Dövlət İdarəetməsinin təşkili üzrə Dövlət Agentliyinin direktoru Mohuma Heraçiyevin sorğuya verdiyi cavabda göstərilib ki, Komitənin 6 saylı ərazi şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunub ki, Samux Rayon İcra Hakimiyyəti başçısının 29 may 2013-cu il tarixli 58 saylı sərəncamı ilə Samux rayonu “Boz-Dağ” massivində 3,4,5,6,7 saylı qış otlaq sahələrindən, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16.4 və 16.7 maddələrinin tələblərinə zidd olaraq 100 hektar örüş sahəsinin mal-qara və davarların saxlanılması ucun Gəncə şəhər sakini Həsənov İsmət Anar oğluna 25 il müddətinə icarəyə verilib. Həmin ərazinin 1 hektarında heyvandarlıq kompleksi və yardımçı binaların tikintisinə icazə verilməsi qərara alınıb.
Vəkil deyib ki, ƏMDK-nın bu cavabından sonra Samux rayon İcra Hakimiyətindən də məktub alıb:“Məktublarında torpağı Pərvanə Novruzovanın ailə üzvü olan İsmət Anar oğlu Həsənova  qanunların tələblərini pozaraq verdiklərini etiraf edirlər. İsmət Həsənov Pərvanə Novruzovanın oğludur. Aydındır ki, sənədlərdə İsmət Həsənovun adı keçsə də, faktiki olaraq torpağı Pərvanə Novruzovaya veriblər”.
Vəkil redaksiyamıza aldığı məktubu da təqdim edib.
Məktubda yazılıb: “Sizin Samux rayon prokurorluğuna ünvanladığınız 03.08.2015-ci il tarixli ərizənizə Samux Rayon İcra Hakimiyyətində baxılıb. Ərizənizə cavab olaraq bildiririk ki, Samux rayonu ərazisindən 100 hektar örüş sahəsinin Gəncə şəhər sakini Həsənov İsmət Anar oğluna şəxsi təsərrüfatında olan mal-qara və davarların saxlanılması üçün icarəyə verilməsi barədə Samux rayon İcra Hakimiyyəti başçısının 29.05.2013-cü il tarixli 58 saylı, həmin ərazinin 1 hektarında müasir tipdə heyvandarlıq kompleksinin tikilməsinə icazə verilməsi barədə 25 sentyabr 2013-cü il tarixli 103 saylı sərəncamı verilib.
 Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 nömrəli və 2 mart 2006-cı il tarixli 60 nömrəli qərarlarına və torpaq icarəsi haqda Qanununa uyğun olaraq qış otlaq sahələrinin qısa müddətli – 15 ilə qədər icarəyə verilməsini nəzərə alaraq həmin sərəncamlarda Samux rayon İcra Hakimiyyəti başçısının 05.06.2015-ci il tarixli 49 saylı və 08.06.2015-ci il tarixli 50 saylı sərəncamları ilə icarə müddətinin 15 il olması barədə düzəliş edilmişdir.
Samux rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamlarında göstərilib ki, torpaq sahəsinin təyinatının dəyişdirilməsi barədə Nazirlər Kabinetinin qərarı və aidiyyəti təşkilatların razılıqları alındıqdan sonra tikinti işlərinə başlanıla bilər.
Həsənov İsmət Anar oğluna, torpaq sahəsinin təyinatının dəyişdirilməsi barədə Nazirlər Kabinetinin qərarı olmadan və tikinti aparılmasına dair aidiyyəti təşkilatların razılığı alınmadan tikinti işlərinə başlanmaması bildirilib.
Bütün bunlarla yanaşı bir daha Həsənov İsmət Anar oğluna 31.08.2015-ci il tarixli 975 saylı məktub göndərilərək torpaq sahəsinin təyinatının dəyişdirilməsi barədə Nazirlər Kabinetinin qərarı və tikinti aparılmasına dair aidiyyəti təşkilatların razılığı alınanadək tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq edilmişdir.
Həmin ərazidə tikinti aparılmasının qarşısının alınması barədə sahə müvəkkilinə 01.09.2015-ci il tarixli 979 saylı  məktub göndərilib. Hazırda həmin ərazidə tikinti işləri dayandırılıb və qanuna müvafiq qaydada icazə sənədlərinin alınması üçün Nazirlər Kabinetinə və aidiyyəti təşkilatlara müraciət etməsi bildirilib.
Qeyd edək ki, İ.Əliyeva prezidentə müraciətində bildirirdi ki, rəsmi sənədlə istifadə hüququ ona aid olan ərazidə P.Novruzova tikinti aparmağa başlayıb. Yada salaq ki, P.Novruzova paytaxtdan kənarda fəaliyyət göstərən yeganə bankın İdarə Heyətinin sədridir. Bir qədər əvvəl Rusiya vətəndaşı Natalya Kərimova ölkə rəhbərliyinə müraciət edərək P.Novruzovanın onun Gəncədə yerləşən evlərini və gözəllik salonunu ələ keçirdiyini açıqlamışdı. Bundan sonra məlum olub ki, P.Novruzova barəsində Gəncə Prokurorluğunda cinayət işi başlanıb, iş Baş Prokurorluğa ötürülüb. Novruzova Gəncəyə ezam olunmuş əməkdaşlarımıza baş verənlərlə bağlı açıqlama vermək istəməyib. Yazıda adı hallanan P.Novruzovanı dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

 

Musavat.com

Həmçinin oxuyun

Dövlət Sərhəd Xidmətinə tabe olan muzeyin iki adı var… – FOTOFAKT

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub.Moderator.az-ın …

Bir cavab yazın