Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Cəmiyyət / “Samur” gömrük postunda bir gün – FOTOLAR

“Samur” gömrük postunda bir gün – FOTOLAR

Bir qrup media nümayəndəsinin Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postuna səfəri təşkil edilib.

Səfərin məqsədi media nümayəndələrinə gömrük prosedurlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) ilə idarə olunmasını, sərhədkeçmə prosesini, gömrük nəzarəti prosedurlarını əyani şəkildə nümayiş etdirmək, bu proseslərin icrası zamanı şəffaflığın tam təmin olunduğu barədə məlumatlandırmaq olub.

Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin “Samur” Gömrük Postunun rəisi Asim Salmanov jurnalistlərin diqqətinə çatdırıb ki, 2018-ci ilin may ayında Samur gömrük məntəqsindən 30 minə yaxın nəqliyyat vasitəsi keçib.

A.Salmanov qeyd edib ki, idxal və ixrac xətlərinin hər birindən eyni zamanda 3 yük avtomobilini yoxlamaq mümkündür.

Bildirilib ki, bir yük avtomobilinin yoxlanması 15-20 dəqiqə ərzində başa çatır. Bir minik avtomobilinin yoxlanması isə təxminən 5 dəqiqə çəkir.

Media nümayəndələrinə bildirildi ki, gömrük postunda bütün proseslər informasiya-kommunikasiya texnologiyalarının tam tətbiqi ilə minimum vaxt ərzində, asan və şəffaf şəkildə həyata keçirilir. Ölkənin gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı xüsusi müşahidəkameraları ilə VAİS-ə daxil edilir və nəqliyyat vasitəsinin çəkisi müəyyən edildikdən sonra “bir pəncərə” sistemi vasitəsilə qeydiyyat işləri qısa zamanda başa çatdırılır. Fiziki baxış keçirildikdən sonra isə mexaniki-elektron kilidlə (GPS) təmin edilən nəqliyyat vasitəsi təyinat gömrük orqanına yola salınır və bu proses avtomobil və yükə dair sənədlər qaydasında olduğu halda 15 dəqiqə ərzində yekunlaşdırılır.

Avtonəqliyyat vasitələrinə baxış zamanı xüsusi təlim görmüş itlərdən də istifadə olunur.

Daha sonra KİV təmsilçiləri ixrac gömrük nəzarət xəttində həyata keçirilən əməliyyatlarla da tanış olublar. Bildirilib ki, ölkənin kənd təsərrüfatı sahəsində ixrac potensialının artımı nəzərə alınaraq, Rusiya Federal Gömrük Xidmətilə əldə edilən razılığa əsasən, bu ölkəyə tez xarab olan kənd təsərrüfatı məhsullarını daşıyan nəqliyyat vasitələri maneəsiz və sürətli şəkildə gömrük yoxlamasından keçirilir. O da bildirilib ki, hər gün “Samur” gömrük postundan minə yaxın avtomobilin keçidi təmin olunur.

Həmçinin oxuyun

Əliyar Əliyev və Mais Bərxudarovun – FOTOSU

Azərbaycanın Milli Qəhrəman Əliyar Əliyevin yeni fotosu yayılıb.  Fotoda hazırda Qarabağda döyüş meydanında olan general-mayor …