Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Samir Adıgözəllidən  Razi Nurullayevə sərt sözlər: “AXCP adı ilə manipuliyasiya etməsin…”

Samir Adıgözəllidən  Razi Nurullayevə sərt sözlər: “AXCP adı ilə manipuliyasiya etməsin…”

Azinforum.az xəbər verir ki, Böyük Millət Partiyasının sədri Samir Adıgözəlli AXCP adına iddia edən Razi Nurullayevə sərt ismarıc ünvanlayıb. Partiya sədri Azinforum.az-a ünvanladığı yazılı açıqlamada bildirir ki, gedən son prosesləri böyük təəssüf hisssi ilə izləyir:

“Hər yerindən duranın AXCP adına iddia etməsi gülünc görünür. O təşkilatda milyonlarla insanın haqqı var. Onu hansısa lider yox, xalq qurub. Meydan Hərəkatından sonra, formalaşan AXC-nin bazası əsasında AXCP yarandı. İndi kimlərsə asanlıqla bu adı ələ keçirmək istəyir. “Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” məsəlində olduğu kimi…

Heç Əli Kərimlinin özü də, Elçibəydən təşkilata rəhbərlik etməklə bağlı halallıq almayıb. İndi Razi Nurullayev gülünc bir iddia ilə çıxış edir. Milli Azadlıq Hərəkatında iştirak edənlər bizim ailəni yaxşı tanıyır. Biz ailəlikcə hərəkatçı olmuşuk. Atam və anam uzun müddət AXCP-nin üzvü olub. Mənim bütün uşaqlığım həmin təşkilatda keçib. Ən çətin anlarda Elçibəyin yanında olmuşam. Böyük risq tələb olunan zaman dəfələrlə Kələkiyə gedib Əbülfəz bəylə görüşmüşəm. Bunları təsadüfən xatırlatmıram. Mən, onda Razi Nurullayev adlı adamı cəbhədə görməmişəm. Bilmirəm, onda nə işlə məşğul idi…

Razinin siyasətlə məşğul olmaq istəyinə də normal yanaşıram, ancaq özündə belə potensial görürsə, buyursun yeni bir partiya yaratsın və Əli Kərimlinin kürəyini yerə vursun. Yox, buna gücü çatmırsa AXCP adı ilə manipuliyasiya etməsin. Bunun  çox ağır bir  mənəvi yükü var. Bu ada iddia etməyə tam haqqı olan insanlarda var. Məsələn, Ramiz Tağıyev, Fərəc Quliyev, Mirmahmud Mirəlioğlu, Fazil Mustafa, Fərəməz  Allahverdiyev və başqalarının belə iddia irəli sürməyə tam haqqı çatardı. Hesab edirəm ki, bu özfəaliyyət təcili durdurulmalıdır. Çünki bunun nəticəsində yenə Azərbaycan dövləti beynəlxalq qınaqalra tuş gələ bilər. Onda isə Razi öz kefində olacaq”.

Razin Nurullayevin də mövqeyinə yer verməyə hazırıq.

Rövşən ƏLİ,

Azinforum.az

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın