Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Samir Adıgözəllidən  Hacı Əbdülə sərt cavab: “Sən kimsən, Hacı Əbdül?

Samir Adıgözəllidən  Hacı Əbdülə sərt cavab: “Sən kimsən, Hacı Əbdül?

Beynəlxalq Diaspora Mərkəzinin sədr müavini Samir Adıgözəlli  “Tövbə” Cəmiyyəti sədri, İmam Hüseyn məscidinin axundu Hacı Əbdülün bu günlərdə Moderator.az-da təqdim edilmiş müsahibəsinə münasibət bildirib.

O, son vaxtlar Hacı Əbdülün KİV-də tez-tez müsahibələrinin getməsindən narahatlığını ifadə edərək yazır:

”Bu adam haqqında uzun-uzadı söz demək fikrində deyiləm. Hər halda yeniyetmə nəsil tanımasa da, bütün xalqımız Əbdülü yaxşı tanıyır. Amma bir neçə məqama münasibət bildirməliyəm. Müsahibəsində Naxçıvana ürək dolusu yanğısını bildirən Əbdülün səmimiyyətinə inanmağım gəlmir. 90-cı illərin əvvəllərində “Qardaşlıq” Cəmiyyəti ilə birlikdə Naxçıvan camaatına qarşı hədyanlar deyən, Bakıda işləyən və yaşayan naxçıvanlılara qarşı müxtəlif təzyiqlərə əl atan və Azərbaycanın digər bölgələri ilə Bakı arasında qarşıdurma yaradanlar kim idi? Bax, həmin bu əbdüllər idi. O zaman xalqı şəhərliyə-rayonluya bölən “Tövbə Cəmiyyəti”, “Qardaşlıq” Cəmiyyəti və digərləri bu gün Qarabağ uğrunda mübarizədən, Naxçıvanın müdafiəsindən danışırlar. Xalqa beynəlxalq siyasətdən, diplomatiyadan dərs keçməyə çalışırlar…”

S.Adıgözəlli Hacı Əbdülün dövlət başçısının xanımı Mehriban Əliyeva barəsindəki fikirlərinə də etiraz edir:

“Sən kimsən, Hacı Əbdül? Bu adam birinci xanım Mehriban Əliyeva haqqında yüksək fikirlər bildirməklə zənn edir ki, kimlərisə aldada biləcək. Xalq bu qeyri-səmimiyyətə inanmaz. Mehriban xanım ümummilli lider, böyük siyasətçi Heydər Əliyevin məktəbini keçmiş, xalqının hörmətini qazanmış və cənab prezident İlham Əliyevlə çiyin-çiyinə dövlətimizə və xalqımıza xidmət göstərməkdədir. Təəssüflər olsun ki, zaman-zaman bəzi klanlar Azərbaycan siyasətində Əbdül kimi uğursuz obrazlardan istifadə edərək xalqa nəsə çatdırmaq istəyirlər…” (moderator.az)

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın