Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / SAMİR ADIGÖZƏLLİ VERDİYİ ANONSU NİYƏ AÇIQLAMIR… –  NƏNƏSİ ERMƏNİ, SİYASİ DƏLLAL  QHT RƏHBƏRLƏRİ KİMLƏRDİ?

SAMİR ADIGÖZƏLLİ VERDİYİ ANONSU NİYƏ AÇIQLAMIR… –  NƏNƏSİ ERMƏNİ, SİYASİ DƏLLAL  QHT RƏHBƏRLƏRİ KİMLƏRDİ?

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına keçirilən növbəti seçkilərlə bağlı gərginlik davam edir. Kənardan prosesin rəvan keçdiyi görüntüsü yaradılsa da, QHT-lər arasında gizli savaşın getdiyi faktdır. Azinforum.az olaraq aparılan gizli mübarizənin konturları barədə ətraflı məlumatlar vermişik. Artıq bəzi qruplar üzrə Prezidentə təqdim ediləcək adlar müəyyənləşib. Bu prosesdə gözlənilməz hadisələr də yaşanır. Məsələn, son 8 ildə Şurada təmsil olunan tanınmış QHT rəhbəri Vüqar Qədirovun seçkilərin ən gərgin anında estafeti təhvil verməsi böyük “sürpriz” kimi qiymətləndirildi.

 

Bu hərəkətinə görə, bəzi qadın QHT rəhbərlərinin Qədirovun ünvanına sərt ittihamlar səsləndirdiyinin də şahidi olduq. Görünən odur ki, Şura uğrunda gedən mübarizədə arxa planda qalan, ancaq böyük təsir imkanlarına malik məmurlar da maraqlıdır. Onların hər biri Şurada mövqeyinin möhkəm olmasına çalışır.  Hətta yaxın perspektivdə özünü Şuranın yeni sədri kimi görmək istəyənlər də var. Deyilənə görə, birinci tur səsvermədə dar çevrələrdə aparılan  təbliğatda bu cür  taktikalarından da istifadə olunub. Başqa bir maraqlı detala fikir verək. Şuraya keçirilən seçkilərlə yaxından və uzaqdan heç bir əlaqəsi olmayan və milliyyətçi ampulasında təqdim edilən Samir Adıgözəlli adlı bir siyasətçi birdən-birə Şuradakı seçkilərlə bağlı sensasion ittihamlar səsləndirib. Onun fikirlərindəki bəzi məqamlara bir daha nəzər salaq:

” … təbii ki, yeni seçkilər keçirilərək üzvlər arasında müəyyən dəyişikliklərin olması dövlət şurasının ümumi işinə müsbət təsir göstərə bilər. Amma təəsüflər olsun ki, şuraya yeni üzv seçilməyə cəhd göstərən vaxtı ilə bəzi səfirlikərin gecələr qapısından çıxan, siyasi dəllalıqla məşğul olanlar da var. Ən dəhşətlisi isə əldə etdiyim məlumata görə, şura üzvlüyünə namizədlər içərisində erməni nəvəsi olanda var…”

Göründüyü kimi, ortada olduqca sərt ittihamlar var. Hər halda, Samir Adıgözəlli verdiyi anonsun arxasında nələrin durduğunun fərqindədir. Ancaq hələ bu günə kimi həmin məqamlara – yəni kimi agent, kimin siyasi dəllal, kimin isə nənəsinin erməni olmasına aydınlıq gətirməyib.  Baxmayaraq ki, o, həmin adları açıqlayacağını demişdi. Biz bu sualla Samir bəyə müraciət etdik. O, Azinforum.az-a açıqlamasında bildirdi ki, hazırda Qarabağ bölgəsindədir, Bakıya qayıdan kimi məsələyə aydınlıq gətirəcək. Samir Adıgözəllinin ağır məsuliyyətin altına girməklə bağlı tərəddüd etməsinə iki aspektdən yanaşmaq olar:

1.Ona bu açıqlamanın verilməsini tapşıran dairələr istəyinə çatıb. Yəni mesaj ünvanına yetişib, bu səbəbdən də, söhbətə nöqtə qoyulması daha məqsəsdəuyğun hesab edilib.

2.Samir Adıgözəlli həmin “bomba”nı seçkilərin tam yekunlaşmasından sonra partlatmağı planlaşdırır ki, hədəf yayına bilməsin və endiriləcək zərbə daha təsirli olsun.

Əldə etdiyimiz məlumata görə, artıq Samir Adıgözəllinin verdiyi anonsla bağlı çoxlu sayda təşvişə düşənlər var. Hətta ondan bu mövzunu birdəfəlik qapanmasını istəyənlər də az deyil. Ancaq Samir Adıgözəlli öz ziqzaqlı gedişlərini davam etdirir.  Hər halda, bizə yeni sürprizlər vəd edə biləcək proseslərin davamını izləmkdən başqa əlacımız qalmır”.

M.MİRZƏ

AZİNFORUM.AZ

 

 

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın