Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Samir Adıgözəlli Gülənlə mübarizədə Azərbaycanın Türkiyəyə verdiyi dəstəkdən danışdı

Samir Adıgözəlli Gülənlə mübarizədə Azərbaycanın Türkiyəyə verdiyi dəstəkdən danışdı

Samir Adıgözəlli: “Hər halda, Azərbaycanın önəmi əhəmiyyətli olmasaydı, Türkiyə ən yuxarı səviyyədə bu məsələyə görə minnətdarlıq ifadə etməzdi”
“Təəssüflər olsun ki, biz analoji münasibəti başqa türkdilli ölkələrdən görmürük”
Türkiyə Fətullah Gülən hərəkatı ilə mübarizədə Azərbaycanın rolunu yüksək qiymətləndirir.
Bu barədə Türkiyə Prezident Administrasiyasından bildiriblər: “Azərbaycan Gülən hərəkatı ilə Ankaranın mübarizəsinə mühüm töhfə verib ki, Türkiyə eyni addımı digər qardaş ölkələrdən də gözləyir. Gülən hərəkatı ilə mübarizədə Azərbaycanın Türkiyəyə dəstəyi Bakı ilə Ankara arasında qardaşlıq münasibəti olmasının əyani sübutudur”.
Administrasiyadan bildirilib ki, bu mübarizədə Türkiyə digər qardaş ölkələrin də dəstəyini görmək istəyir.
Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu da oxşar bəyanatla çıxış edib. Onun sözlərinə görə, Azərbaycanın Gülən hərəkatı ilə mübarizədə verdiyi dəstək Türkiyəyə qardaş ölkələr üçün nümunə olmalıdır.
Ankaranın Gülənlə mübarizəsində Azərbaycanın rolunun əhəmiyyəti nədən ibarətdir?
Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri Samir Adıgözəlli qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan hər zaman qardaş Türkiyənin yanında olub: “Biz bütün dar məqamlarda bir-birimizə dəstək vermişik. Gülənlə mübarizəyə isə bir fərdlə olan mücadilə kimi baxılmamalıdır. Bizim ölkənin Gülən adlı problemi yoxdur. Ancaq qardaş ölkədə hərbi çevrilişə cəhddən sonra məlum oldu ki, Gülən adına bağlı olan şəbəkə Türkiyədə oturuşmuş bir sistemə malik olub. Hətta o vəziyyətə çatıblar ki, dövləti belə ələ keçirməyə qalxıblar. Azərbaycanın bu məsələdə mövqeyindən Türkiyə rəsmiləri razılıq ifadə edir. Bizə görünən tərəfi budur ki, ölkəmiz bu istiqamətdə lazım olan bütün köməyi edir. Çevrilişdən sonra Gülənlə bağlı bəzi qurumların yaratdığı narahatlıq aradan qaldırıldı. Bu məsələdə ölkə rəhbərliyinin xüsusi fəaliyyəti nəzərə çarpdı. Elə məqamlar var ki, biz onları bilmirik. Hər halda, Azərbaycanın önəmi əhəmiyyətli olmasaydı, Türkiyə ən yuxarı səviyyədə bu məsələyə görə minnətdarlıq ifadə etməzdi. Təəssüflər olsun ki, biz analoji münasibəti başqa türkdilli ölkələrdən görmürük. Məhz buna görədir ki, Türkiyə açıq eyhamla bunu vurğulayır və bizi nümunə göstərir”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın