Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Cəmiyyət / Samir Adıgözəlli: “Dəmirtaşı arzuolunmaz şəxs elan edib, barəsində cinayət işi açmalıyıq”

Samir Adıgözəlli: “Dəmirtaşı arzuolunmaz şəxs elan edib, barəsində cinayət işi açmalıyıq”

“Bu bir daha sübut etdi ki, bir terrorist digərini dar günündə dəstəkləyir”

Terrorçu PKK qruplaşması Ermənistana dəstək məqsədilə 400 silahlı göndərib. Türkiyə KİV-inin verdiyi məlumata görə, həmin terrorçular PKK-nın Kandil dağı (İraq ərazisi) və Kamışlıdakı (Suriya) düşərgələrindən çıxaraq Ağrı dağı ərazisindən Ermənistana keçib.
Ermənistanda silahlılara terrorçu PKK-ya aid “Ağrı qartalları” adlı qrupun erməni əsilli üzvləri Livan Karadağ, Hemaran Kervaçyan və Servet Bagopşin bələdçilik edib. Onlar üçün Ermənistanın Göyçə gölü (Sevan) sahillərində Vardenis (Göyçə) rayonunda düşərgə salınıb. Terrorçu PKK silahlıları Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndərilib. Onlar Azərbaycanın işğal altında olan Ağdam, Cəbrayıl, Zəngilan və Füzuli rayonlarına yerləşdirilib.
Məlumata görə, bu planı KCK (“Kürd İcmaları Birliyi”) adlı terrorçu təşkilatın idarə heyətinin həmsədri Bese Hozat həyata keçirir. O, Türkiyənin Tunceli bölgəsində anadan olub. Ermənistana keçən 400 silahlıdan 150-sinin terrorçu PKK-nın Suriyadakı qolu PYD üzvü olduğu deyilir. Onların arasında erməni etnik qrupuna məxsus silahlıların da olduğu bildirilib.
Qeyd edək ki, Moskvada terrorçu PYD-nin nümayəndəliyi fəaliyyət göstərir.
Bununla PKK nə demək istəyir? Dünya Azərbaycanlıları Konqresinin aparat rəhbəri Samir Adıgözəlli açıqlamasında bildirdi ki, bu olduqca acınacaqlı bir haldır:

“Biz PKK-nın türk millətinin düşməni olduğunu bilirdik. Ancaq bəzən bizə deyirdilər ki, onlar öz istiqlalları üçün vuruşur. Burda millət faktorunun olmadığını bildirirdilər. Bugünkü hadisələr bir daha sübut etdi ki, PKK türk qanına susayıb. Qarabağda onların müqəddəratı həll olunur? ASALA ilə PKK-nın dünyanın müxtəlif ölkələrində birgə həyata keçirdiyi əməliyyatlara nə ad verəcəklər? Bir daha təsdiq olunur ki, onların davası türk kimliyilədir. Mən sizin diqqətinizə başqa bir mövzunu da çatdırmaq istəyirəm. Öcalanın siyasiləşmiş forması olan HDP sədri Dəmirtaş ermənilərə Dağlıq Qarabağda təcili muxtariyyətin verilməsini tələb edib. Açıq aşkar PKK-nı müdafiə edən həmin adam hətta Türkiyənin ən ağır günündə belə Rusiyanın qucağına atıldı. Hesab edirəm ki, bu adamla bağlı bizim dövlət də lazımi ölçü götürməlidir. Dəmirtaşı arzuolunmaz şəxs elan edib, barəsində cinayət işi başlaması üçün əlimizdə əsaslar var. Biz PKK-nı ancaq lənətləyə bilərik. Bu bir daha sübut etdi ki, bir terrorist digərini dar günündə dəstəkləyir. PKK ilə erməni terrorizminin yeni dostluğu bütün dünyaya bəyan oldu”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Son damla qanına qədər Kəlbəcərdə qalmalı olan keşiş dabanına tüpürüb İrəvana qaçdı

Erməni xalqı cəbhədə və masa arxasındakı rüsvayçı məğlubiyyətdən bütün müstəvilərdə öz nəsibini alır. Xalq olaraq …

Bir cavab yazın